b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_reghghhgh.jpg

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bir qrup tələbə imtahan sisteminə qanunsuz müdaxilə edərək, imtahan suallarını götürüblər.

Universitetdən Missiya.Az-a verilən məlumata görə, iyunun 10-da UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.

UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılıb və həqiqətən də, bir qrup UFAZ tələbəsinin xüsusi kompüter proqramı vasitəsilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə edildiyi müəyyən olunub. 

Baş vermiş hadisə ilə bağlı 19 iyun 2019-cu il tarixində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jean-Marc Planeix UFAZ-ın İdarə heyəti ilə birlikdə II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilmiş yekun imtahan nəticələrinin ləğv edilməsi və 27-28 iyun 2019-cu il tarixlərində təkrar imtahanların keçirilməsinə dair qərar qəbul edilib. 

Bundan başqa, hadisə ilə bağlı ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılıb və 21 iyun tarixində ikinci kurs üzrə təhsil alan bütün tələbələrlə görüş keçirilib. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir.

20 İyul 2019 "İçib tank sürmürəm ki, maşın sürürəm" - Ağsaqqal sürücü - VİDEO
19 İyul 2019 Bakıda evsizlərə ŞAD XƏBƏR – VİDEO
17 İyul 2019 Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı
17 İyul 2019 Yol polisindən avtoyuma məntəqələri ilə bağlı - XƏBƏRDARLIQ
16 İyul 2019 Zelenskidən böyük uğur - Razılıq əldə olundu
15 İyul 2019 Xalq artistinin vəziyyəti ağırlaşdı - Türkiyəyə aparıldı
15 İyul 2019 İki aprel şəhidinin yaxınları evləndi - toydan maraqlı görüntülər - VİDEO
13 İyul 2019 Azərbaycanda baş verən silahlı insidentin TƏFƏRRÜATLARI - YENİLƏNİB
12 İyul 2019 Vilayət Eyvazov ölkənin bütün rəislərini topladı - İclas keçirilir
11 İyul 2019 Azərbaycanda dövlətə xəyanət edən şəxslə bağlı YENİ MƏLUMAT
10 İyul 2019 Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! - VİDEO
10 İyul 2019 Ərdoğan: Abdulla Gül və Əhməd Davudoğludan incimişəm
09 İyul 2019 Bu ixtisası seçənlərə əlavə 200 manat təqaüd veriləcək
09 İyul 2019 Azərbaycanda DƏHŞƏT – Mikroavtobus qəzaya uğradı – 8 ölü, 1 yaralı
08 İyul 2019 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
08 İyul 2019 Piyadadan 10 manat rüşvət alan polislər İŞDƏN ÇIXARILDILAR
04 İyul 2019 Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlı: “Zülmə etiraz edirdim”
04 İyul 2019 Prezident yeni dövlət qurumu yaratdı - FƏRMAN
27 İyun 2019 Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - VİDEO
26 İyun 2019 Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir