b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_Medet-Quliyev.jpg
“Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Biz də dövlətimizin başçısının ətrafında daha da sıx birləşərək, Azərbaycanın daha da qüdrətlənməsi və daimi zəfərləri naminə bundan sonra da bütün qüvvəmizlə və fədakarlıqla çalışacağıq, xidmət edəcəyik”.

Missiya.Az xəbər verir ki,bunu Prezident İlham Əliyevin sərəncamı ilə nazir postuna gətirilən Mədət Quliyev yeni təyinatı ilə bağlı Musavat.com-a danışarkən deyib.

M.Quliyev yeni təyinatının onun üçün gözlənilməz olub-olmadığı barədə suala da cavab verib: “Ümumiyyətlə, bu günə qədər olan bütün təyinatlarım mənim üçün gözlənilməz olub. Lakin təyinatlarımdan sonra həmişə öz xidmətimlə məşğul olmuşam”.

Mədət Quliyev onu da vurğulayıb ki, təyinat yerində işə həvəslə başlayıb: “Dünya inkişaf edir. Bu sahə dövlət başçımızın xüsusi nəzarətindədir. Prezidentimiz bu istiqamətdə öz tapşırıqlarını verib və biz də onu yerinə yetiririk”.

Bu təyinata görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Mədət Quliyev deyib ki, Ali Baş Komandanın bu ali etimadını öz xidməti ilə yüksək səviyyədə doğruldacaq. Nazir qeyd edib ki, ona tapşırılan sahənin inkişafı, dövlətimizin müdafiəsi və təhlükəsizliyi, milli maraqları üçün bundan sonra da şərəflə Azərbaycana xidmət göstərəcək.

09 Dekabr 2019 Beşinci çağırış Milli Məclisin ən fəal deputatları - Adlar açıqlandı
09 Dekabr 2019 Rumıniyalı müğənni Azərbaycanda deputat olmaq istəyir
06 Dekabr 2019 Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ DETALLAR
05 Dekabr 2019 Azərbaycanda vəzifəli şəxsin əmlakına həbs qoyuldu
04 Dekabr 2019 Şəhid kapitanımızın övladı ilə ürək dağlayan son görüşü - VİDEO
03 Dekabr 2019 Prezidentin yüksək vəzifə verdiyi Daşqın İskəndərov kimdir? - DOSYE
02 Dekabr 2019 Nazirlər Kabinetinin yeni şöbələri - SİYAHI
02 Dekabr 2019 Milli Məclis bu gün parlamentin buraxılmasını müzakirə edəcək
28 Noyabr 2019 Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu təqaüdə göndərdi
27 Noyabr 2019 Pensiya almaq üçün nə etmək lazımdır? – Nazirlik açıqladı
26 Noyabr 2019 "Yerevandakı abidə, Armavirdəki xatirə lövhəsi sökülməlidir" - Prezidentin köməkçisi
25 Noyabr 2019 Bakıda yağışdan sonra dəhşət yaşandı - Torpaq sürüşdü, insanlar altında qaldı - ANBAAN VİDEO
22 Noyabr 2019 Vladimir Putin "Dostluq" ordenini Mehriban Əliyevaya təqdim etdi - FOTO
22 Noyabr 2019 Bu rayonlarımıza QAR YAĞIR
21 Noyabr 2019 Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
20 Noyabr 2019 Vilayət Eyvazovdan VACİB QƏRAR - Vətəndaşların bu zaman polisə çağırılması qadağan edildi
20 Noyabr 2019 DİQQƏT! Bu gün bu ərazilərdə qaz olmayacaq
19 Noyabr 2019 Novruz Məmmədova bu gün yeni vəzifə VERİLƏCƏK
18 Noyabr 2019 Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib
18 Noyabr 2019 "Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə mitinqə gedirik?" - Nadir Qafarzadə