b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1561017065_leyla_elave_190619_10.jpg
İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.

Missiya.Az xəbər verir ki, əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət etdi, onların əl işlərinə baxdı, fəaliyyət göstərən dərnəklərlə maraqlandı.

İnternat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdirdilər.
Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

X X X

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə gəldi.

Bildirildi ki, 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşaqdan 226-sı internat məktəbində yaşayır. Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbində 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərs keçirilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərnəklərində məşğul ola bilərlər. İnternat məktəbinin məzunları arasında idmançılar, rəssamlar var.

Bu məktəbə də Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1561016933_leyla_aliyeva_190619_4-1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1561016927_leyla_elave_190619_1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1561016921_leyla_aliyeva_190619_6.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1561016901_leyla_aliyeva_190619_8.jpg

19 Avqust 2019 Deputatın oğlu ilə bağlı məhkəmə həbs qərarı verdi
19 Avqust 2019 Deputatın oğlu ilə bağlı məhkəmə həbs qərarı verdi
19 Avqust 2019 Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
16 Avqust 2019 Yüksək bal toplayan 84 nəfər tələbə ola bilmədi
15 Avqust 2019 Dövlət Yol Polisi ləğv edilir? - Vaqif Əsədov açıqlama verdi
15 Avqust 2019 Bakıda söküləcək binaların siyahısı açıqlandı
14 Avqust 2019 Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş
14 Avqust 2019 Azərbaycanda bu şəxslərin də maaşı artırıldı - SİYAHI
12 Avqust 2019 Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır - FOTO
09 Avqust 2019 Qurban bayramında dörd gün dincələcəyik
09 Avqust 2019 Badamdar və Əhmədlidə subasma - VİDEO
08 Avqust 2019 Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO
08 Avqust 2019 Azərbaycanda 37 yaşlı məmur qəfildən öldü
07 Avqust 2019 Bayram namazının vaxtı açıqlandı
06 Avqust 2019 Vilayət Eyvazov polis rəisini işdən çıxardı
05 Avqust 2019 Azərbaycanlı zəvvar Həcc ziyarətində gecə namazından sonra ölüb
03 Avqust 2019 Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların daha iki qrupu bu gün yola düşür
31 İyul 2019 Dubay şeyxinin arvadı qaçdıqdan sonra ilk dəfə məhkəmədə görüntüləndi
29 İyul 2019 Vilayət Eyvazov yeni polis rəisi təyin etdi
29 İyul 2019 Mədət Quliyev kadr dəyişikliyi etdi