b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1560941860_eli-ehmedov-1.jpg
Prezident İlham Əliyevin sərəncamları ilə bir çox sahələrdə çalışan insanların əmək haqqı 40 faiz artırılır. Ən önəmlisi minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Bir neçə ay bundan əvvəl isə minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmışdı. Beləliklə toplam artım təxminən 100 faizə bərabər olmuşdur. Minimum əməkhaqqının artırılması nəticəsində yüz minlərlə insanların maaşları 270-350 manat civarında artmış olacaq.

Missiya.Az  xəbər verir ki, bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun "Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir" adlı məqaləsində qeyd olunub.

Məqalədə qeyd edilir: "Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamları ilə 2003-cü ildən bu yana əməkhaqqı və pensiyalar dəfələrlə qaldırılıb. Bu, faktdır. Lakin 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində daha cəsarətli və əhəmiyyətli addımlar atılması ilə səciyyəvidir. İnsanların rifahının yaxşılaşdırılmasını özünün siyasətinin əsas məqsədi hesab edən Prezident İlham Əliyev bunu real həyatda əyani şəkildə təcəssüm etdirir. Xalqın həyat səviyyəsi sözün həqiqi mənasında gündən günə yaxşılaşır. Bu isə insanların xəyallarını gerçəkləşdirməsi üçün daha geniş imkanlar yaradır.

Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir.

Məqsədimiz bu gələcəyə doğru inamla və qətiyyətlə irəliləməkdir. İndi sözüm vaxtilə iqtidarda olub Azərbaycanın bu gününə böhtan atanlaradır. Onlar hakimiyyətdə olduqları dövrdə əməkhaqqının artırılması ilə əlaqədar bir fakt belə xatırlayırlarmı? Ümumiyyətlə AXC-Müsavat hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının artırılması, insanların həyatının yaxşılaşdırılması anlayışları vardımı? Əlbəttə ki, yox idi. Çünki iflasa uğramış, ölkəni ağır iqtisadi tənəzzül vəziyyətinə salmış keçmiş hakimiyyətin bu barədə düşünməyə nə həvəsi var idi, nə də imkanı. Xəzinədə pul yox idi. Dövlət büdcəsiz işləyirdi. AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət.

Törətdikləri biabırçılıqların heç yüzdən birini də təşkil etməyən sadaladığım faktların “müəlliflərinin” bugünki firavan, müasir, inkişaf edən Azərbaycana böhtan atması insan əxlaqının eybəcərləşməsindən başqa bir şey deyildir.

Nə qədər böhtan atsalar da, nankorluq etsələr də möhtəşəm Azərbaycan özünün işıqlı gələcəyinə doğru inamla irəliləyir, insanlar isə bunun faydasını görür və bundan sonra da görəcəklər". 

Trend
15 Noyabr 2019 Yeni icra başçısından evsiz vətəndaşa böyük hədiyyə
14 Noyabr 2019 DSMF-nin iki rayon şöbəsinin müdirinə cinayət işi açılıb - Prezidentin siyasətinə kölgə salanlar cəzalandırılır
14 Noyabr 2019 Tünzalə Ağayeva 2 milyon insanı təhqir etdi: "Zir-zibil istəmirəm"
12 Noyabr 2019 Prezidentin təyin etdiyi icra başçıları kimdir? - DOSYE
12 Noyabr 2019 Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək - RƏSMİ
12 Noyabr 2019 İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
11 Noyabr 2019 Bıçaqlanan Xosenin vəziyyəti necədir?
08 Noyabr 2019 Yol polisindən piyadalara müraciət: Cinayət məsuliyyətinə cəlb olunacaqlar
07 Noyabr 2019 Prezident xalq şairinə ev verdi
07 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO
07 Noyabr 2019 “Səndən kişi olanda, məndən də...” – Elçin Əlibəylini yıxıb-sürüdü
06 Noyabr 2019 Oqtay Gülalıyev Türkiyəyə yola salınıb
06 Noyabr 2019 Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq etdi
06 Noyabr 2019 "Misir müəllim, pulunuzu hansı bankda saxlayırsız?"
06 Noyabr 2019 Azərbaycanda dəhşətli hadisədə ölən 25 yaşlı İLKİNİN FOTOLARI
05 Noyabr 2019 Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb
05 Noyabr 2019 Bakı, Abşeron və Sumqayıtda yaşayanlara ŞAD XƏBƏR - VİDEO
04 Noyabr 2019 Rövnəq Abdullayev gənclərə vəzifə verdi - FOTO
04 Noyabr 2019 Prezidentin fərmanı icra olunur: Daha bir Nazirlikdə dəyişiklik
04 Noyabr 2019 Bakı metrosunda problem: qatarlar gecikdi