b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15607627076452013185_1000x669_700x390.jpg

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağstafada baş verən ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. 

Missiya.Az-a daxil olan birgə məlumatda deyilir ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Hadisəni törədən E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

16 İyul 2019 Zelenskidən böyük uğur - Razılıq əldə olundu
15 İyul 2019 Xalq artistinin vəziyyəti ağırlaşdı - Türkiyəyə aparıldı
15 İyul 2019 İki aprel şəhidinin yaxınları evləndi - toydan maraqlı görüntülər - VİDEO
13 İyul 2019 Azərbaycanda baş verən silahlı insidentin TƏFƏRRÜATLARI - YENİLƏNİB
12 İyul 2019 Vilayət Eyvazov ölkənin bütün rəislərini topladı - İclas keçirilir
11 İyul 2019 Azərbaycanda dövlətə xəyanət edən şəxslə bağlı YENİ MƏLUMAT
10 İyul 2019 Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! - VİDEO
10 İyul 2019 Ərdoğan: Abdulla Gül və Əhməd Davudoğludan incimişəm
09 İyul 2019 Bu ixtisası seçənlərə əlavə 200 manat təqaüd veriləcək
09 İyul 2019 Azərbaycanda DƏHŞƏT – Mikroavtobus qəzaya uğradı – 8 ölü, 1 yaralı
08 İyul 2019 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
08 İyul 2019 Piyadadan 10 manat rüşvət alan polislər İŞDƏN ÇIXARILDILAR
04 İyul 2019 Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlı: “Zülmə etiraz edirdim”
04 İyul 2019 Prezident yeni dövlət qurumu yaratdı - FƏRMAN
27 İyun 2019 Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - VİDEO
26 İyun 2019 Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir
25 İyun 2019 Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində - FOTO
25 İyun 2019 Ramiz Mehdiyev vida mərasimində - FOTO
25 İyun 2019 Azərbaycanda imtahan sisteminə müdaxilə - Cavablar oğurladı, nəticələr ləğv edildi
25 İyun 2019 Prezident İlham Əliyev əməkdar artistə ev hədiyyə etdi