b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1560491247_1ffca8c7752d2a9b32c5c28a9041ad06.jpg
Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan evro xatirə pul nişanı basılıb. 

Missiya.Az xəbər verir ki, türk kolleksiyonçu Özgür Honça bəy, layihənin gerçəkləşməsi üçün hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və “Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli evro pul nişanı dövriyədə istifadə olunan evro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Evro ilə eyni dəyərə malikdir.

Layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söylədi:

“Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik. Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik".

Araşdırmacı yazar Atilla Oral: “Özgür bəyin böyük zəhmətilə meydana gələn evro xatirə pul nişanının üzərində dalğalanan Türkiyə və Azərbaycanın ayulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. Eyni zamanda birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1560491239_62499352_1324167064403040_5667649259097292800_n.jpg
18 Oktyabr 2019 İmamoğlu Azərbaycan xalqını təbrik etdi
17 Oktyabr 2019 Prezident İlham Əliyev Saleh Məmmədovu qəbul edib - FOTO
17 Oktyabr 2019 Bakı polisi Tofiq Yaqubluya xəbərdarlıq etdi: Mitinqlə bağlı
17 Oktyabr 2019 Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI
16 Oktyabr 2019 Fədayə Laçınla bir yerdə həbs edilən polkovnik azadlığa çıxdı - 9 il həbsə məhkum edilmişdi...
16 Oktyabr 2019 Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri şəhid olub
16 Oktyabr 2019 Fuad Qəhrəmanlıya cinayət işi açıldı - Qızlarını və xanımını döydüyünə görə
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki üz verdi
14 Oktyabr 2019 Əli Həsənov: "Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir"
14 Oktyabr 2019 Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
14 Oktyabr 2019 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
14 Oktyabr 2019 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü
12 Oktyabr 2019 "Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 415-ə çatıb
11 Oktyabr 2019 DTX-dan əməliyyat: Terrorçular ifşa olundu - VİDEO
11 Oktyabr 2019 Türkiyə əsgərlərinə xain hücum - 5 əsgər yaralandı - VİDEO
11 Oktyabr 2019 “Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi - Polisdən əməliyyat - VİDEO
10 Oktyabr 2019 Gürcüstan və Azərbaycan razılaşdı - Bu tarixdən "Keşikçi dağ" açılır
09 Oktyabr 2019 Azərbaycan alman jurnalisti bağışladı
09 Oktyabr 2019 Xəzərdə itkin düşən 4 balıqçıdan 3-ü xilas edildi
08 Oktyabr 2019 Dmitri Medvedevdən Əli Əsədova təbrik teleqramı