b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_60661841_566232823784356_3371214959861039104_n_1.jpg

Bank 100 milyon manatlıq oğurluğun fəsadlarını qaldırmaqda çətinlik çəkir

Azərbaycanda adı kifayət qədər iri maxinasiyanın qurbanına çevrilməkdə hallanan banklardan biri də "Günay Bank" hesab olunur. Ötən ilin yay aylarında mətbuatda hesablarından 100 milyon manata yaxın vəsaitin oğurlandığına dair məlumatlar yayılan bankın istər ötən ilin yekunlarına, istərsə də bu ilin birinci rübünün nəticələrinə baxdıqda, heç cür vəziyyətini düzəldə bilmədiyi görünür.

Bankın ilin birinci rübünə aid maliyyə hesabatlarından görünür ki, 2019-cu ilin yanvar-mart dövründə “Günay Bank”ın cəmi gəlirləri 4 milyon 360 min manat, cəmi xərcləri isə 4 milyon 245 min manat təşkil edib. Birinci rübdə bankın faiz gəlirləri 2 milyon 818 min 620 manat, faiz xərcləri isə 2 milyon 61 min 150 manat olub.

«Günay Bank» qeyri-faiz əməliyyatlarından 1 milyon 541 min 830 manat əldə edib, qeyri-faiz xərcləri isə 1 milyon 817 min 390 manat olub. Hesabata görə, bank ilk rübü 114 min 630 manat əməliyyat mənfəəti ilə başa vurub. Mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 276 min 170 manat ayrılıb ki, bunun da nəticəsində bankın xalis mənfəəti cəmi 390 min 810 manat təşkil edib. 

İlk baxışdan vəziyyət o qədər də pis görünmür - ortada az da olsa mənfəət var. Lakin məsələ ondadır ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə(!) azdır. Çünki bu bank 2018-ci ilin birinci rübünü 1 milyon 266 min 650 manat mənfəətlə başa vurmuşdu. Onu da qeyd edək ki, hazırda bankların əksəriyyəti mənfəətlə bağlı mənfi yox, müsbət dinamika nümayiş etdirirlər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_410223671.jpg

Ötən il sahibkarlar pullarını geri götürüblər - niyə?

Bankdakı geriləmə prosesi kökünü ötən ilin ortalarından götürüb. Qeyd edək ki, həmin vaxt mətbuatda "Günay Bank"ın İdarə Heyətinin sədr müavini Emin Zeynalovun bankın 100 milyon manata yaxın vəsaitini ofşor hesablarına köçürdüyü barədə məlumatlar dərc olunmuşdu. Bəzi mətbu orqanlar hətta bu pulların ofşor hesablarına Baltikyanı ölkələrin ABŞ-ın sanksiyaları altında olan bankları vasitəsilə çıxardığı iddia edilirdi.

Bu qalmaqalla bağlı Emin Zeynalovla bərabər atası Zakir Zeynalovun adı hallandırılırdı. Bəzi məlumatlarda hətta bankın sahibi Mahmud Məmmədovun da adı keçirdi. Doğrudur, bank sonradan rəsmən bütün məlumatları təkzib edərək, heç bir oğurluq olmadığını bildirdi. Lakin mətbuat və ekspertlər deyilənlərlə razılaşmırdı və iddia olundu ki, oğurluq həqiqətən olub, lakin bankın rəsmən qeydiyyata alınan vəsaitlərindən yox, ayrı-ayrı şəxslərdən alınan, rəsmi hesabatlarda əks olunmayan məbləğlərdən…

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_---------------------------------------------------.jpg

Məsələ ondadır ki, bankda həqiqətən nələrinsə baş verdiyi çox keçmədən "GünayBank"ın rəsmi hesabatlarında özünü göstərməyə başladı. Belə ki, 2018-ci illin sonunda əvvəlki illə müqayisədə bankın depozitlərində 15 milyon manatdan artıq azalma qeydə alındı. Bu o deməkdir ki, bankda depozitləri olan şirkət və fiziki şəxslər öz vəsaitlərini geri götürüblər. Bundan başqa, bankın xarici valyutadakı depozitləri 2 dəfə, mənfəəti isə az qala 4 dəfə(!) azalıb. Belə ki, bankın xalis mənfəəti 4 milyon 100 min manatdan 1 milyon 289 min manata düşüb. Bununla yanaşı, bankın riskli aktivlərinin də böyük olması müşahidə edilib. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1548425173__businessinsider_d2611e63a7e0f8f8bee9a391d_o.jpg

Qeyd edək ki, bütün rəsmi təkziblərə rəğmən, bankda 100 milyonluq oğurluğun olmasına dair iddialar öz təsirini göstərib. Xatırladaq ki, bu məsələdə mətbuatda hətta Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərlərindən biri olan İbrahim Alışovun da adı keçirdi.

Bütün bunlar isə sözsüz ki, bankın maliyyə göstəricilərinə mənfi təsir göstərə bilərdi və göstərdi də. Elə böyük ehtimalla həmin qalmaqalın nəticəsidir ki, bank "qara zolaqdan" çıxa bilmir. Ümid edək ki, bank sektorunun bu oyunçusu ötən il aldığı zərbədən nə vaxtsa ayılacaq. Ancaq birinci rübün nəticələri təəssüf ki, çox da optrimist olmağa imkan vermir…

Missiya.Az
İqtisadiyyat şöbəsi



24 Avqust 2019 Vilayət Eyvazov Arif Alışanovun qardaşını işdən çıxardı
23 Avqust 2019 Azərbaycanın xarici dövlət borcu açıqlandı
23 Avqust 2019 Şəhərsalma qaydaları ilə bağlı qərara dəyişikliklər edildi
22 Avqust 2019 General-leytenant Etibar Mirzəyev yanğın baş verən ərazidə
21 Avqust 2019 Putin və Makron Qarabağ münaqişəsini müzakirə edib
21 Avqust 2019 Rəşad Atakişiyevlə vidalaşırıq - FOTO
20 Avqust 2019 Pilotumuz harada dəfn ediləcək? - AÇIQLANDI
19 Avqust 2019 Deputatın oğlu ilə bağlı məhkəmə həbs qərarı verdi
19 Avqust 2019 Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
16 Avqust 2019 Yüksək bal toplayan 84 nəfər tələbə ola bilmədi
15 Avqust 2019 Dövlət Yol Polisi ləğv edilir? - Vaqif Əsədov açıqlama verdi
15 Avqust 2019 Bakıda söküləcək binaların siyahısı açıqlandı
14 Avqust 2019 Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş
14 Avqust 2019 Azərbaycanda bu şəxslərin də maaşı artırıldı - SİYAHI
12 Avqust 2019 Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır - FOTO
09 Avqust 2019 Qurban bayramında dörd gün dincələcəyik
09 Avqust 2019 Badamdar və Əhmədlidə subasma - VİDEO
08 Avqust 2019 Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO
08 Avqust 2019 Azərbaycanda 37 yaşlı məmur qəfildən öldü
07 Avqust 2019 Bayram namazının vaxtı açıqlandı