b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dddssddffffsdrr.jpg

Bakıda IDEA İctimai Birliyinin şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunması və qaytarılmasına yönəlmiş "Şəhər ekologiyası" layihəsi həyata keçirilir.

Mayın 9-da layihə çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Velopark ərazisində yerləşən yaşıllıq sahəsinə 20 sincab buraxılıb.

Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir, şəhər boyu pişiklər üçün xüsusi evciklər qurulur və digər işlər aparılır. "Şəhər ekologiyası" layihəsi Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsi, eləcə də bu növlərin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngliyin yaradılmasından, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsindən ibarətdir.

Keçmişdə Bakı şəhəri mühitində çoxsaylı sincab və tutuquşular məskunlaşmışdır ki, onlar parklarda və yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşmışlar. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1557427916_leyla_aliyeva_idea_090519_3.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1557427872_leyla_aliyeva_idea_090519_5.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1557427871_leyla_aliyeva_idea_090519_2.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1557427855_leyla_aliyeva_idea_090519_4.jpg
15 İyun 2019 Elçibəyin xanımının cənazəsi Naxçıvana yola salındı
15 İyun 2019 Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verildi
14 İyun 2019 Əsgər valideynlərinə ŞAD XƏBƏR
14 İyun 2019 SOS! Azərbaycanda xərçəng xəstələrinin sayı durmadan artır - STATİSTİKA
14 İyun 2019 Avronun üzərinə Məmməd Əmin Rəsulzadənin şəkili vuruldu - FOTO
14 İyun 2019 Mübariz Qurbanlı Goranboyda çəkilən qalmaqallı görüntülərdən danışdı
12 İyun 2019 “Hərbi sahədə yeni planlar hazırlanır” - Hulusi Akar Qəbələdə açıqladı
11 İyun 2019 Fransada həbsxanada qiyam - Girov götürülənlər var
11 İyun 2019 Azərbaycan səfirliyinin nümayəndələri Fuad Abbasovla görüşüb
11 İyun 2019 Bu şəxslər təhsil haqqından azad olacaq -SİYAHI
11 İyun 2019 Prezident onlara fəxri adlar verdi - Siyahı
11 İyun 2019 Xoşqədəm Hidayətqızının həyatı təhlükədədir - Polisə müraciət etdi
10 İyun 2019 İcra başçısının ailəsində faciə
10 İyun 2019 Saat 15:00-dək TV-lər işləməyəcək
08 İyun 2019 Ramil Usubov bölmədə vəkili döyən polisləri CƏZALANDIRDI
07 İyun 2019 3 yaşlı Zəhranı oğurlayan qadınla bağlı YENİ FAKTLAR
07 İyun 2019 Jurnalist Fuad Abbasovla bağlı yeni xəbər
05 İyun 2019 Şeyx: İftar süfrəsi əslində ehtiyacı olanlar üçündür
05 İyun 2019 ABŞ-dan Türkiyəyə ultimatum
04 İyun 2019 Azərbaycanda Ramazan bayramı nə vaxtdır? - RƏSMİ AÇIQLAMA