b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_reper.jpg

Daxili İşlər Nazirliyi (DİN) “Ruzigar” ləqəbli reper Aydın Hüseynovun həbsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb.

Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Ruzigar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib. A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.

O, Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

25 Aprel 2019 Nazir direktoru işdən çıxardı - Şikayətlərə görə
25 Aprel 2019 Azərbaycan "Peugeot"ları MDB-yə satacaq - Qiymət açıqlandı
24 Aprel 2019 “Space” TV efirdəki söyüşə görə cərimələndi - MƏBLƏĞ
24 Aprel 2019 Ramil Usubovdan daha bir – TƏYİNAT
24 Aprel 2019 Kompensasiyalarla bağlı SMS almayan vətəndaşların - DİQQƏTİNƏ
23 Aprel 2019 "Ziyanı mən çəkmişəm, pulu başqasına ödəyirlər" - NARAZILIQ
23 Aprel 2019 Kompensasiyaların miqdarı artırıldı - Hökumətdən VACİB QƏRAR
22 Aprel 2019 Prokuror: Fədayə Laçına ədalətli hökm verilib
22 Aprel 2019 Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi
22 Aprel 2019 Üzünü it parçalayan uşağın vəziyyəti ilə bağlı həkimi danışdı
22 Aprel 2019 “Formula 1”ə görə bu şəxslər 5 gün işləməyəcək
20 Aprel 2019 Baş nazirdən elektrik enerjisi ilə bağlı qərara dəyişiklik
19 Aprel 2019 Bu ali məktəblər qanunları pozub - Palata açıqladı
18 Aprel 2019 İlbər Ortaylı Məhəmməd Əmin Rəsulzadə ilə bağlı xatirəsini açıqladı - VİDEO
18 Aprel 2019 May ayında neçə qeyri-iş günü olacaq?
18 Aprel 2019 Prezident parkda sakinlərlə görüşdü - FOTO
18 Aprel 2019 “O qız qardaşımın gənclik səhvidir” - Nazpəridən inanılmaz sözlər
18 Aprel 2019 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI
18 Aprel 2019 Kompensasiya ödənişi siyahısında adı olmayanlara VACİB XƏBƏR - VİDEO
17 Aprel 2019 Nazir məktəb direktorlarını topladı - ciddi tapşırıqlar verdi