b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_738712.jpg

Nazirlər Kabineti (NK) "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

Missiya.Az xəbər verir ki, NK açıqlayıb ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti satın alınır. Bu obyektlərin satın alınmasının məqsədi Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsidir.

NK qeyd edib ki, müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd 1500,00 manat təklif edilir. Digər sahələr üzrə isə 1 kvadrat metr üçün onların konsturuksiyasından və təmir səviyyəsindən asılı olaraq, 300-1200 manat arasında qiymət təklif edilir.

Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun həyata keçirilir.

Qeyd edək ki, NK-ya "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin manatın inflyasiyası nəzərə alınmaqla, hər kvadrat metrə görə 2 manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzil verilməsi təklif edilib.

trend

21 May 2019 8 il öncə vəfat etmiş şəxsə hərbi çağırış vərəqəsi gəldi
20 May 2019 Əhaliyə ŞAD XƏBƏR: Prezidentdən 20 milyonluq sərəncam
20 May 2019 Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”
20 May 2019 Rayon maşınlarının Bakıya girişi qadağan edilir
20 May 2019 Milli Qəhrəmanın adı orta məktəbə verildi
17 May 2019 Bakıda Arif Məlikova heykəl qoyulacaq - SƏRƏNCAM
17 May 2019 İlham Əliyev iki icra başçısını vəzifədən azad etdi
17 May 2019 “Günay Bank” "qara zolaqdan" niyə çıxa bilmir? - 100 milyonluq oğurluğun fəsadları
17 May 2019 "Arsenal" və "Çelsi" azarkeşləri düşmən deyil" - Azad Rəhimov
17 May 2019 Azərbaycan “Avroviziya”nın finalında - FOTO/VİDEO
16 May 2019 Bakı Meriyası mitinqinlə bağlı müraciətə cavab verdi
16 May 2019 “Emin 444”ün qətlinə görə dünya çempionu tutuldu - “78 bıçaq vurublar”
15 May 2019 Baş redaktordan Aslan İsmayılova “hodri, meydan” çağırışı. Gələcəkmi?
15 May 2019 "Eurovision 2019"un I yarımfilnalı baş tutdu - Finala keçən ölkələrin SİYAHISI - VİDEO
14 May 2019 Britaniya səfiri: "Mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram"
14 May 2019 Prezident İlham Əliyev Brüsseldə Belçika kralı ilə görüşüb - FOTO
13 May 2019 Azərbaycanda polislə silahlı atışma – 5 nəfər saxlanıldı
13 May 2019 Azərbaycanda yabanı halda bitən Dombalan göbələyi - Avropada 1 kilosu 200 avroya satılır - VİDEO
10 May 2019 “Sənədi dəyişə bilər, amma geni yox” - Anar Mədətov
10 May 2019 Bakıda IDEA İctimai Birliyinin "Şəhər ekologiyası" layihəsi həyata keçirilir - FOTO