b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_HqzMQTNl2EfrYdtEqV.jpg
Köln şəhərində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə bu ölkənin qərb bölgələrində yaşayan Azərbaycan icmasının toplantısı keçirilib. 
 
Missiya.Az xəbər verir ki, toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Komitə sədri Azərbaycan diasporunun fəaliyyəti, diaspor hərəkatında yeni mərhələnin başlanması, görülən işlər və digər məsələlərlə bağlı çıxış edib.
 
Dövlət Komitəsinin son aylardakı fəaliyyətini əks etdirən videohesabat təqdim olunduqdan sonra Koordinasiya Şurasının gördüyü işlər, yaxın zaman üçün nəzərdə tutulan plan və proqramlar barədə məlumat verilib. 
 
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev qurumun fəaliyyətini təhlil edib. 
 
Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Diaspor Gənclərinin II Yay Düşərgəsi barədə ətraflı danışılıb. Fondun fəaliyyət istiqamətləri haqqında icraçı direktor Elşad Əliyev  məlumat verib.
 
Toplantıda müxtəlif təşkilatları təmsil edən Altay Rüstəmli, Emin Həsənov, Seyidbağır Ağayev, Naibə Hacıyeva, Samirə Patser İsmayılova, Xədicə Zeynalova, Lev İsmixanov, Mövsüm Hacıyev və başqaları çıxış ediblər.
 
Çıxışlardan sonra diaspor rəhbərləri və Azərbaycan icmasının üzvləri ilə geniş fikir mübadiləsi aparılıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_lIb1FHqvprOFHdW1aR.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_HeS74Dunc5zKBUyvcH.jpg
 
22 Mart 2019 Zlatko Daliç: Azərbaycana ilk hissədə vurduğumuz qol bizi xilas etdi
19 Mart 2019 Əli Həsənov: Fondun yaradılması təşəbbüsü prezident tərəfindən irəli sürülüb
18 Mart 2019 Bakıda güclü külək! Nə vaxta qədər davam edəcək? - RƏSMİ
17 Mart 2019 Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
15 Mart 2019 Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib
15 Mart 2019 Mehriban Əliyevadan evi talanan görmə əngəlliyə YARDIM
15 Mart 2019 Bu ərazilərdə işıq olmayacaq
14 Mart 2019 Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirdi
14 Mart 2019 Həbsdən azad edilmiş şəxslər barədə vacib - QƏRAR
13 Mart 2019 Nazir saxta əlilliklərin ləğvindən danışdı
13 Mart 2019 Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR - Ödənişlərin vaxtı məlum oldu
12 Mart 2019 Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR
12 Mart 2019 Dağlıq Qarabağda daha bir erməni hərbçisi ölüb
12 Mart 2019 Efiopiyada qəzaya uğrayan təyyarənin pilotunun son sözləri üzə çıxdı
11 Mart 2019 Şəhid hərbçimiz dəfn olundu - FOTO
11 Mart 2019 Uşaq pulunun bərpası ilə bağlı hökumətə təkliflər verildi - Aylıq 80 manat
11 Mart 2019 Naxçıvan Qarnizonu qoşunlarında snayper hazırlığı kursu başa çatıb - VİDEO
09 Mart 2019 İcra başçısı: Bu il Bakıda Novruz şənliyi əvvəlkilərdən fərqlənəcək
08 Mart 2019 Problemli krediti olanlar mütləq izləsin - İNFOQRAFİKA
08 Mart 2019 DYP-dən 8 Mart günü maraqlı reyd - FOTO