b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ggggggggg.jpg

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Missiya.Az-a verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

Anar Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_gyyyyyyy.jpg

 

26 Aprel 2019 Azaraq Ermənistan tərəfə keçən azərbaycanlı əməliyyat edildi
26 Aprel 2019 Moskvada qumar borcuna görə azərbaycanlı jurnalist güllələndi - FOTO
25 Aprel 2019 İnternetdəki “desant” dəstələri: Dövlətə qarşı vuruşan parazitlər
25 Aprel 2019 Nazir direktoru işdən çıxardı - Şikayətlərə görə
25 Aprel 2019 Azərbaycan "Peugeot"ları MDB-yə satacaq - Qiymət açıqlandı
24 Aprel 2019 “Space” TV efirdəki söyüşə görə cərimələndi - MƏBLƏĞ
24 Aprel 2019 Ramil Usubovdan daha bir – TƏYİNAT
24 Aprel 2019 Kompensasiyalarla bağlı SMS almayan vətəndaşların - DİQQƏTİNƏ
23 Aprel 2019 "Ziyanı mən çəkmişəm, pulu başqasına ödəyirlər" - NARAZILIQ
23 Aprel 2019 Kompensasiyaların miqdarı artırıldı - Hökumətdən VACİB QƏRAR
22 Aprel 2019 Prokuror: Fədayə Laçına ədalətli hökm verilib
22 Aprel 2019 Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi
22 Aprel 2019 Üzünü it parçalayan uşağın vəziyyəti ilə bağlı həkimi danışdı
22 Aprel 2019 “Formula 1”ə görə bu şəxslər 5 gün işləməyəcək
20 Aprel 2019 Baş nazirdən elektrik enerjisi ilə bağlı qərara dəyişiklik
19 Aprel 2019 Bu ali məktəblər qanunları pozub - Palata açıqladı
18 Aprel 2019 İlbər Ortaylı Məhəmməd Əmin Rəsulzadə ilə bağlı xatirəsini açıqladı - VİDEO
18 Aprel 2019 May ayında neçə qeyri-iş günü olacaq?
18 Aprel 2019 Prezident parkda sakinlərlə görüşdü - FOTO
18 Aprel 2019 “O qız qardaşımın gənclik səhvidir” - Nazpəridən inanılmaz sözlər