b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_dizenf.jpg

Xətai, Suraxanı və Sabunçu rayonlarında yeni fırıldaqçılar peyda olub.

Missiya.Az xəbər verir ki, sözügedən rayon sakinlərinin Medicina.az-a verdiyi məlumata görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya “donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında isə 2 manat pul istəyirlər.

Sayt məsələni dəqiqləşdirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, onlara belə bir tapşırıq verilməyib.

“Dezinfeksiya”nın aparıldığı rayonlardan biri – Suraxanı rayon Dezinfeksiya İdarəsindən də fakt təkzib olunub. İdarədən qeyd olunub ki, onlarda da belə “fırıldaq”la bağlı məlumat var: “Bizə belə bir göstəriş yoxdur. Biz də eşitmişik ki, bir neçə oğlan gəzir, bloklara nəsə fısqırdır və sakinlərdən onların da qapısını “dezinfeksiya” eləmək üçün pul alırlar. Verənlər də olur, verməyənlər də. Bizə göstəriş verilməyib. Hətta bizə göstəriş olsa da, binalarda dezinfeksiya etmirik. Biz bağça, məktəb, xəstəxana, iaşə obyektlərini – yəni kütləvi yerləri dezinfeksiya edirik. Kimdirsə, pul yığmaq məqsədilə edir. Çünki qapını və bloku “donuz qripi”nə qarşı dezinfeksiya etmək mənasızdır. Sakinlər gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini istəsin”.

Sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.

18 İyun 2019 Gəncədə evə tank mərmisi düşdü - Zakir Həsənov tapşırıq verdi
18 İyun 2019 Ermənilər Ağdamı artilleriya atəşinə tutdular - SON DƏQİQƏ
18 İyun 2019 Bakı metrosunda problem - Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu
17 İyun 2019 Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb
15 İyun 2019 Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
15 İyun 2019 Elçibəyin xanımının cənazəsi Naxçıvana yola salındı
15 İyun 2019 Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verildi
14 İyun 2019 Əsgər valideynlərinə ŞAD XƏBƏR
14 İyun 2019 SOS! Azərbaycanda xərçəng xəstələrinin sayı durmadan artır - STATİSTİKA
14 İyun 2019 Avronun üzərinə Məmməd Əmin Rəsulzadənin şəkili vuruldu - FOTO
14 İyun 2019 Mübariz Qurbanlı Goranboyda çəkilən qalmaqallı görüntülərdən danışdı
12 İyun 2019 “Hərbi sahədə yeni planlar hazırlanır” - Hulusi Akar Qəbələdə açıqladı
11 İyun 2019 Fransada həbsxanada qiyam - Girov götürülənlər var
11 İyun 2019 Azərbaycan səfirliyinin nümayəndələri Fuad Abbasovla görüşüb
11 İyun 2019 Bu şəxslər təhsil haqqından azad olacaq -SİYAHI
11 İyun 2019 Prezident onlara fəxri adlar verdi - Siyahı
11 İyun 2019 Xoşqədəm Hidayətqızının həyatı təhlükədədir - Polisə müraciət etdi
10 İyun 2019 İcra başçısının ailəsində faciə
10 İyun 2019 Saat 15:00-dək TV-lər işləməyəcək
08 İyun 2019 Ramil Usubov bölmədə vəkili döyən polisləri CƏZALANDIRDI