b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1547027316_1547026635.1496941975-2524.jpeg
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
Missiya.Az xəbər verir ki, o, mətbuat konfransında bu gün ADU-nun məzunlarının ən yüksək dövlət qurumlarında çalışan insanlar olduğunu bildirib.
 
K.Abdulla ADU-nun rektoru vəzifəsində ilyarımdır işlədiyini xatırladıb: "Bu müddətdə də tələbələri savadlaşdıra bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. 4 ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər".
 
Rektor qeyd edib ki, bütün iddiaların hamısı böhtandır: "Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi? Hansı ki, töhmət aldıqdan sonra bu çıxışları edir. Mən onları məhkəməyə vermək istəmirəm. Gözləyirəm ki, onlar bizi məhkəməyə versin və mən əks iddia ilə çıxış edim. Görüm ondan sonra nə deyəcəklər. Həmin dekana açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə töhmət verilib. Tələbələri təhdid edən və mitinqə, iğtişaşa çağıran müəllim Pərvin Mürsəlova isə imtahanlardan kənarlaşdırılıb. Çünki həmin müəllim tələbəni təhdid edib və səs yazısı da var".
 
K.Abdulla həmçinin ADU-ya rektor təyin olunandan sonra hansısa qohum-qardaşını gətirməsi məsələsinə də aydınlıq gətirib: "Burada yalnız Azad Məmmədov adında qohumum çalışır, o da tanınmış dilçi alimdir və məndən əvvəl burada işləyib. İkinci hansısa qohumumun burada işləməsini kimsə deyə bilməz. Burada 17 il işləmişəm. Dostlarım və tanışlarımın olması normaldır. Bu kimi yalnış fikirlər cəmiyyəti, ziyalı insanları çaşdırmaqdan başqa məqsəd güdmür".
 
Eyni zamanda rektor universitetdə əvvəllər Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyən və işlərində ciddi nöqsanlar buraxan Elmira Baxşəliyevanın səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Hazırda iş məhkəmədədir. Onun haqsız olaraq vəzifəsindən kənarlaşdırılması iddiaları əsassızdır. Çünki, o, bir şöbədən başqasına keçirilib. Yəni işdən çıxarılmayıb. Buna səbəb də var. Çünki, o, işində ciddi nöqsanlar buraxmışdı. Onun sahəsinə aid laborantlar üç dəfə məzuniyyətə buraxılmışdı. Bu, necə ola bilər?! Bu, birbaşa saxtakarlıqdır. Komissiyanın qərarı ilə müəyyənləşdi ki, onun həm yaş məhdudiyyəti var, həm də ali savadı yoxdur. Onun yalnız hansısa masaj kursu bitirməsi ilə bağlı sənədi var. O, yalnız laborantların sənədinə baxırmış və qol çəkilən sənəddə maaşın miqdarını da yazmayıb". 
17 Yanvar 2019 “Verdiyimiz hava proqnozu özünü doğruldub” – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
17 Yanvar 2019 Bakıda və Abşeron yarımadasında külək sürətlənib - RƏSMİ
17 Yanvar 2019 Bakıda doqquzmərtəbəli binada yanğın – Xilasedicilər hərəkətə keçdi
16 Yanvar 2019 Pensiyaların artımla veriləcəyi vaxt açıqlanıb – Rəsmi
16 Yanvar 2019 Günün ikinci yarısından hava pisləşəcək - Qərargahlar yaradılıb
15 Yanvar 2019 Zamirə Hacıyevanın istintaqı başlanır: milyonlarla dollarlıq əmlaka həbs qoyuldu
15 Yanvar 2019 Pensiyalar nə vaxt veriləcək? - Nazirlik açıqladı
14 Yanvar 2019 Həccə getmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR QALXIR
14 Yanvar 2019 Baş nazirdən yeni qərar: Bu nazirliyin səlahiyyətləri artırıldı
12 Yanvar 2019 Tarif Şurasından dərmanların qiymətləri ilə bağlı YENİ QƏRAR
12 Yanvar 2019 Səfər Mehdiyev: "117 gömrük əməkdaşı vəzifəsindən azad edilib"
12 Yanvar 2019 Mehman Hüseynov KİV-ə müraciət edib - MƏTN
11 Yanvar 2019 Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər?
10 Yanvar 2019 Bakı Avtovağzalında avtomobillərin girişi üçün YENİ QİYMƏTLƏR
10 Yanvar 2019 Bakıda “donuz qripi” fırıldaqçıları tapıldı – 2 manat istəyirlər
10 Yanvar 2019 Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydı
09 Yanvar 2019 İcra hakimiyyətindən bir ailəni məhv edən partlayışla bağlı AÇIQLAMA
09 Yanvar 2019 Bankdan 15 milyon manat kredit götürən iş adamı həbs olundu
08 Yanvar 2019 Enerji içkiləri bahalaşdı – Aksizdən sonrakı qiymətlər
08 Yanvar 2019 Azərbaycanda dolların satışı ilə bağlı rəsmi məlumat