b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1546854550_1491980628-333.jpeg
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər.
 
Qurumun Mətbuat Xidmətindən Missiya.Az-a verilən məlumata görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə saxlanılan təqsirləndirilən şəxslər fərdi qaydada qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri araşdırılıb.
 
MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub, müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb.
 
Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.
 
Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa göndərilib.
21 Avqust 2019 Putin və Makron Qarabağ münaqişəsini müzakirə edib
21 Avqust 2019 Rəşad Atakişiyevlə vidalaşırıq - FOTO
20 Avqust 2019 Pilotumuz harada dəfn ediləcək? - AÇIQLANDI
19 Avqust 2019 Deputatın oğlu ilə bağlı məhkəmə həbs qərarı verdi
19 Avqust 2019 Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
16 Avqust 2019 Yüksək bal toplayan 84 nəfər tələbə ola bilmədi
15 Avqust 2019 Dövlət Yol Polisi ləğv edilir? - Vaqif Əsədov açıqlama verdi
15 Avqust 2019 Bakıda söküləcək binaların siyahısı açıqlandı
14 Avqust 2019 Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş
14 Avqust 2019 Azərbaycanda bu şəxslərin də maaşı artırıldı - SİYAHI
12 Avqust 2019 Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır - FOTO
09 Avqust 2019 Qurban bayramında dörd gün dincələcəyik
09 Avqust 2019 Badamdar və Əhmədlidə subasma - VİDEO
08 Avqust 2019 Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO
08 Avqust 2019 Azərbaycanda 37 yaşlı məmur qəfildən öldü
07 Avqust 2019 Bayram namazının vaxtı açıqlandı
06 Avqust 2019 Vilayət Eyvazov polis rəisini işdən çıxardı
05 Avqust 2019 Azərbaycanlı zəvvar Həcc ziyarətində gecə namazından sonra ölüb
03 Avqust 2019 Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların daha iki qrupu bu gün yola düşür
31 İyul 2019 Dubay şeyxinin arvadı qaçdıqdan sonra ilk dəfə məhkəmədə görüntüləndi