b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1546837504_36_main_new.1483025965_1.jpg
Rusiyada azərbaycanlı iş adamına qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, hadisədən sonra Azərbaycana qayıdıb və burada həbs edilib. Sui-qəsdin digər iştirakçısı isə Rusiyada həbs edilib.

Missiya.Az xəbər verir ki, "Ümumrusiya Azərbaycan Konqresinin" Ulyanovski regional bölməsinin sədri Hüseynov İslam Rövşən oğlunun mühafizəçisini öldürməkdə, özünü isə öldürməyə cəhddə ittiham edilən 1977-ci il təvəllüdlü Salyan şəhər sakini Bağırov Ramin Ramiz oğlunun məhkəməsi keçirilib.
 
Ramiz Bağırov Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə), 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.2.1-ci (odlu silah gəzdirmə) maddələri ilə ittiham edilib.
 
İttihama görə, Ramin Bağırov qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edərək başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə digər şəxsi qəsdən öldürüb. Həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında iki şəxsi başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən həyatdan məhrum etməyə cəhd edib.
 
Belə ki, Ramin Bağırov qohumu Nahid Zahidovla birlikdə plan quraraq "Ümumrusiya Azərbaycan Konqresinin" Ulyanovski regional bölməsinin sədri İslam Hüseynovu öldürmək istəyiblər.
 
Bu sui-qəsd planı Nahid Zahidov tərəfindən təklif olunub. İslam Hüseynov Nahid Zahidovun iş və ticarət əlaqələri ilə bağlı təklifini qəbul etmədiyi üçün aralarında mübahisə yaranıb.
 
İslam Hüseynovdan kobud cavab alan Nahid Zahidov şəxsi düşmənçilik zəminində onu öldürmək qərarına gəlib.
 
Nahid Zahidov İslam Hüsynovun mühafizəçilərlə gəzdiyinə görə bunu təkbaşına edə bilməyəcəyini düşündüyündən Ramin Bağırovla bu işi görməyi planlaşdırıb.
 
İstintaqla müəyyən edilib ki, Ramin Bağırovun və Nahid Zahidovun birgə planına əsasən onlar ilk olaraq Moskva şəhərində "VAZ 21065" markalı "E931OP199" dövlət qeydiyyat nişanlı avtomobil əldə ediblər.
 
Həmin avtomobillə Rusiyanın Ulyanovsk vilayətinə gəliblər. İslam Hüseynovu öldürmək üçün uyğun yeri, şəraiti müəyyən etməkdən ötrü bir neçə gün onu izləyiblər.
 
Onlar qanunsuz olaraq "İJ-78-7,6" və "6P42" modelli qaz tapançalarından kustar üsulla hazırlanmış iki ədəd odlu silah hesab edilən tapança, patronlar, səs boğucuları əldə edib maşında gizlədiblər.
 
Planın davamı olaraq "Ümumrusiya Azərbaycan Konqresinin" Ulyanovsk regional bölməsinin binasına gələrək katibədən İslam Hüseynovun işə gəlmə vaxtını öyrəniblər.
 
İstintaq müəyyən edib ki, hər iki şəxs 11 sentyabr 2012-ci il tarixdə saat 12:20 radələrində İslam Hüseynovu izləyib, mühafizəçisi İqor Beznosyuk ilə işə gəldiyini görüblər.
 
Ofisə gələrək əvvəlcə İqor Beznosyukla danışıb və İslam Hüseynovla görüşmək istədiklərini, maddi yardım almaq üçün gəldiklərini deyiblər. Mühafizəçi onları İslam Hüseynovun otağına dəvət edib.
 
Onlar otağa daxil olarkən əvvəlcə mühafizəçiyə 7 dəfə atəş açıblar. İqor Beznosyuk döş qəfəsindən, boyun, çiyin və sifət nahiyələrindən aldığı güllə yaraları ilə yerindəcə keçinib.
 
Daha sonra Nahid Zahidovla İslam Hüseynov əlbəyaxa olublar.
 
İstintaq müəyyən edib ki, bu zaman Ramin Bağırov İslam Hüseynovun baş nahiyəsindən silahla vurmaq istəyib. Lakin silahda patron qurtardığından atəş aça bilməyib. Bu zaman silahla onun baş nahiyəsinə zərbələr endirib.
 
İslam Hüseynovun dəhlizdə olan oğlu Rövşən Hüseynov və onun dostu Amil Hüseynov silah səsləri eşidərək otağa qaçıblar.
 
Rövşən Hüseynov və Amil Hüseynov hücum edən şəxslərin silahlarını əllərindən almağı bacarıblar. Ramin Bağırov cibində olan bıçağı çıxararaq Rövşən Hüseynova hücum edib.
 
Bıçaqla Rövşən Hüseynovu vurmaq istəyərkən Amil Hüseynov stulla onun baş nahiyəsindən vurub. Bundan sonra Nahid Zahidov və Ramin Bağırov hadisə yerindən qaçıblar.
 
Ramin Bağırov elan olunmuş ittihamla özünü təqsirli iblməyib. Deyib ki, qohumu Nahid Zahidovla İslam Hüseynovun yanına gedib. Həmin vaxt İslam Hüseynov və adamları Nahid Zahidova hücum edib. Ramin Bağırov özünü müdafiə edərək oradan qaçdığını və Azərbaycana qayıtdığını deyib.
 
Bildirək ki, Nahid Zahidov hadisədən bir müddət sonra Moskvada həbs edilib. Ramin Bağırov isə Azərbaycana qayıtdıqdan bir neçə il sonra saxlanılıb.
 
Ramin Bağırov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

musavat.com
19 Mart 2019 Əli Həsənov: Fondun yaradılması təşəbbüsü prezident tərəfindən irəli sürülüb
18 Mart 2019 Bakıda güclü külək! Nə vaxta qədər davam edəcək? - RƏSMİ
17 Mart 2019 Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
15 Mart 2019 Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib
15 Mart 2019 Mehriban Əliyevadan evi talanan görmə əngəlliyə YARDIM
15 Mart 2019 Bu ərazilərdə işıq olmayacaq
14 Mart 2019 Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirdi
14 Mart 2019 Fuad Muradov Almaniyadakı soydaşlarımızla bir arada - Kölndə KŞ toplantısı
14 Mart 2019 Həbsdən azad edilmiş şəxslər barədə vacib - QƏRAR
13 Mart 2019 Nazir saxta əlilliklərin ləğvindən danışdı
13 Mart 2019 Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR - Ödənişlərin vaxtı məlum oldu
12 Mart 2019 Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR
12 Mart 2019 Dağlıq Qarabağda daha bir erməni hərbçisi ölüb
12 Mart 2019 Efiopiyada qəzaya uğrayan təyyarənin pilotunun son sözləri üzə çıxdı
11 Mart 2019 Şəhid hərbçimiz dəfn olundu - FOTO
11 Mart 2019 Uşaq pulunun bərpası ilə bağlı hökumətə təkliflər verildi - Aylıq 80 manat
11 Mart 2019 Naxçıvan Qarnizonu qoşunlarında snayper hazırlığı kursu başa çatıb - VİDEO
09 Mart 2019 İcra başçısı: Bu il Bakıda Novruz şənliyi əvvəlkilərdən fərqlənəcək
08 Mart 2019 Problemli krediti olanlar mütləq izləsin - İNFOQRAFİKA
08 Mart 2019 DYP-dən 8 Mart günü maraqlı reyd - FOTO