b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_1544088786_photo_3422.jpg
Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılmasına münasibət bildirib.
 
Missiya.Az xəbər verir ki, Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov "Report"un sualına cavab olaraq deyib ki, F.Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə mətbuatda yayılan bəyanatı Mədəniyyət Nazirliyi və nazirliyin rəhbərliyi üçün çox gözlənilməz olub. 
 
Nazirlik rəsmisi qeyd edib ki, xalq artisti F.Manafov Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biridir: "O, 40 ilə yaxın müddətdə kino sahəsində zəngin fəaliyyəti ilə bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb, ölkənin hüdudlarından kənarda da milli kino sənətimizi tanıdıb. Eyni zamanda, son illər Dövlət Rus Dram Teatrının səhnəsində geniş tamaşaçı marağına səbəb olan rollar oynayıb. Fəxrəddin Manafov yaradıcı fəaliyyəti ilə həmçinin, bir ziyalı, mədəniyyət xadimi kimi cəmiyyətdə hörmət və nüfuza malikdir".
 
Şöbə müdiri vurğulayıb ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib: "Fəxrəddin Manafovun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilib. Hazırda teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır. Məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir".
 
İ.Hümbətovun sözlərinə görə, bu məsələ tezliklə tanınmış aktyorla teatr rəhbərliyi arasında dialoq və anlaşma şəraitində müsbət həllini tapacaq: "Azərbaycan sənətsevərləri xalq artisti Fəxrəddin Manafovu teatr səhnəsində yeni-yeni yaradıcılıq layihələrində görəcək və alqışlayacaq".
19 Dekabr 2018 İki yaşlı körpənin əməliyyatı üçün yığılan pullar oğurlandı - VİDEO
18 Dekabr 2018 Erməni baş leytenant səhvən öz həmkarını güllələdi
18 Dekabr 2018 Deputat: Bu uşaqlardan nə hərbçi, nə əsgər çıxacaq
18 Dekabr 2018 Heydər Əliyev Fondu Çində konsert keçirib - FOTO
18 Dekabr 2018 Mina Hüseyn “Maşın şou”nu tərk etdi: Özüm gedirəm!
17 Dekabr 2018 Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı - "Çayka"nın qiyməti... - VİDEO
15 Dekabr 2018 Əhaliyə hava xəbərdarlığı: temperatur kəskin enir
15 Dekabr 2018 Nazirlik bu restoranları bağlayacaq - SİYAHI
15 Dekabr 2018 Oqtay Kamil “Maşın Şou”nu tərk etdi - VİDEO
15 Dekabr 2018 Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması - FOTO
14 Dekabr 2018 Bakıda toy günü dəhşətli hadisə: gülləni boynundan vurdu və...
14 Dekabr 2018 SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO
14 Dekabr 2018 Ziyafət Əsgərovun qardaşı işdən azad edildi
13 Dekabr 2018 Prezident icra başçısını vəzifəsindən azad etdi - Sərəncam
13 Dekabr 2018 Azərbaycanda Nobel qardaşlarına film həsr olundu - FOTO/VİDEO
13 Dekabr 2018 İlham Əliyev ilin idman yekunlarına həsr olunan tədbirdə
12 Dekabr 2018 DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO
12 Dekabr 2018 Nazir qohumunu 5-ci mərtəbədən atan şəxsdən xəbər var - RƏSMİ
12 Dekabr 2018 Azərbaycanda vəzifəli şəxs qəfil öldü - FOTO
12 Dekabr 2018 Azərbaycanda bu işlə məşğul olanlara ŞAD XƏBƏR: 480 min manat ayrıldı