b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_news_20181107095938.jpg

Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının Azərbaycanda olan erməni əsirlərlə dəyişdiriləcəyi xəbərinə münasibət bildirib.

Kürdoğlu Əsgərov Missiya.Az-a açıqlamasında atasının girovluqdan azad olunacağı ilə bağlı xəbəri mətbuatdan oxuduğunu deyib: “Bizə Beynəlxalq Qırmızı Xaç Komitəsindən və ya hər hansı dövlət qurumundan məlumat verilməyib. Mən özüm atamın dəyişdiriləcəyi barədə xəbəri mətbuatdan oxumuşam. Bildiyim qədər, Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş noyabrın sonunda Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək”.

Dilqəm Əsgərovun oğlu atasından uzun müddətdir məktub almadığını deyib: “Mən artıq 2017-ci ilin noyabr ayından bəri atamdan heç bir məktub və ya videogörüntü ala bilmirəm. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları mənə yalnız şifahi məlumat verirlər. Onlar deyirlər  ki, atamın səhhəti normaldır və heç bir problem yoxdur. Komitənin əməkdaşları atamın özünün məktub yazmadığını bildirirlər. Ancaq mən buna inanmıram. Çünki atam həmişə məktub yazıb. İndi niyə yazmır? Yəqin ki, noyabrın sonu hər şey məlum olacaq”.

Kürdoğlu Əsgərovun sözlərinə görə, digər girov Şahbaz Quliyevin ailəsi ondan məktub alır: “Şahbaz Quliyevin ailəsinin dediyinə görə ondan məktub alırlar. Amma atamdan məktub gəlmir”.  

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabr ayının sonunda isə Azərbaycan və Ermənistan arasında girovların dəyişdirilməsi prossesi baş tuta bilər. Azərbaycanın Ermənistanda 3 girovu var: Onlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və 2017 -ci ilin fevralında Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadədir.  

Ermənistanında Azərbaycanda 3 girovu var: Onlar təmas xəttində təxribata cəhd edən və Azərbaycan ordusu tərəfindən qarşısı alınaraq sağ ələ keçirilən erməni diversant Arsen Baqdasaryan, 2017 və 2018-ci illərdə ələ keçirilən kəşfiyyatçılar Varen Karapetyan və Karen Kazaryandır. Tərəflər arasında girovlarla bağlı balans eynidir. 

Ona görə də girovların dəyişdiriləcəyi ilə bağlı ehtimallar böyükdür.


Elvin Məmmədov

Missiya.Az

 

23 Yanvar 2019 Bakıda vəzifəli şəxsin həyat yoldaşı QƏZAYA DÜŞDÜ
22 Yanvar 2019 Bakı Şəhər Baş Polis İdarəsi mitinq təşkilatçılarına xəbərdarlıq edib
22 Yanvar 2019 Polis generalı: Müxalifət asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhd etdi
21 Yanvar 2019 Ərəb ölkələrindən gözlənilməz qərar
18 Yanvar 2019 Ərəblərlə azərbaycanlılar arasında kütləvi dava - Xəsarət alan var
17 Yanvar 2019 “Verdiyimiz hava proqnozu özünü doğruldub” – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
17 Yanvar 2019 Bakıda və Abşeron yarımadasında külək sürətlənib - RƏSMİ
17 Yanvar 2019 Bakıda doqquzmərtəbəli binada yanğın – Xilasedicilər hərəkətə keçdi
16 Yanvar 2019 Pensiyaların artımla veriləcəyi vaxt açıqlanıb – Rəsmi
16 Yanvar 2019 Günün ikinci yarısından hava pisləşəcək - Qərargahlar yaradılıb
15 Yanvar 2019 Zamirə Hacıyevanın istintaqı başlanır: milyonlarla dollarlıq əmlaka həbs qoyuldu
15 Yanvar 2019 Pensiyalar nə vaxt veriləcək? - Nazirlik açıqladı
14 Yanvar 2019 Həccə getmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR QALXIR
14 Yanvar 2019 Baş nazirdən yeni qərar: Bu nazirliyin səlahiyyətləri artırıldı
12 Yanvar 2019 Tarif Şurasından dərmanların qiymətləri ilə bağlı YENİ QƏRAR
12 Yanvar 2019 Səfər Mehdiyev: "117 gömrük əməkdaşı vəzifəsindən azad edilib"
12 Yanvar 2019 Mehman Hüseynov KİV-ə müraciət edib - MƏTN
11 Yanvar 2019 Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər?
10 Yanvar 2019 Bakı Avtovağzalında avtomobillərin girişi üçün YENİ QİYMƏTLƏR
10 Yanvar 2019 Bakıda “donuz qripi” fırıldaqçıları tapıldı – 2 manat istəyirlər