b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_43628292_1956508284466030_2672612660578615296_n.jpg

10 oktyabr 2018-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən C.Naxçıvanski küçəsi 50, 52, 54, 56, 58 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən danışıb.


b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_43664729_1956509304465928_3049500168266186752_o.jpg

Sonra sakinlər Rayon İcra Hakimiyyətinin başçısına məktəbətrafı yollara sürət həddini məhdudlaşdıran yol hərəkət nişanlarının qoyulması, liftlərin dəyişdirilməsi və ya əsaslı təmir olunması, binalara istiliyin verilməsi, ərazidə fəaliyyət göstərən bazar sahiblərinə təmizliyə riayət edilməsi ilə bağlı tapşırıqların verilməsi, dam örtüyünün təmiri və həyətlərə su xətlərinin çəkilməsi kimi məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sonda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək, yerlərdə keçirilən bu cür səyyar qəbul və görüşlərin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçirildiyini və görüşlərin keçirilməsində məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həllinə kömək göstərilməsi olduğunu söyləyib.

b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_43655140_1956508967799295_4321414940104589312_o.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_43582783_1956508934465965_1982288889284395008_o.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_43576859_1956508611132664_6861542441015574528_o.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_43534297_1956508267799365_5874814936445616128_o.jpg

 

15 Dekabr 2018 Əhaliyə hava xəbərdarlığı: temperatur kəskin enir
15 Dekabr 2018 Nazirlik bu restoranları bağlayacaq - SİYAHI
15 Dekabr 2018 Oqtay Kamil “Maşın Şou”nu tərk etdi - VİDEO
15 Dekabr 2018 Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması - FOTO
14 Dekabr 2018 Bakıda toy günü dəhşətli hadisə: gülləni boynundan vurdu və...
14 Dekabr 2018 SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO
14 Dekabr 2018 Ziyafət Əsgərovun qardaşı işdən azad edildi
13 Dekabr 2018 Prezident icra başçısını vəzifəsindən azad etdi - Sərəncam
13 Dekabr 2018 Azərbaycanda Nobel qardaşlarına film həsr olundu - FOTO/VİDEO
13 Dekabr 2018 İlham Əliyev ilin idman yekunlarına həsr olunan tədbirdə
12 Dekabr 2018 DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO
12 Dekabr 2018 Nazir qohumunu 5-ci mərtəbədən atan şəxsdən xəbər var - RƏSMİ
12 Dekabr 2018 Azərbaycanda vəzifəli şəxs qəfil öldü - FOTO
12 Dekabr 2018 Azərbaycanda bu işlə məşğul olanlara ŞAD XƏBƏR: 480 min manat ayrıldı
11 Dekabr 2018 Siqaretlə bağlı cərimə bu gündən qüvvədədir - 50 manat
11 Dekabr 2018 Qurban AFFA-nın təzminatından imtina etdi: Pula görə işləmirdim
11 Dekabr 2018 Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı
11 Dekabr 2018 İlham Əliyev İnstagram-da ən populyar liderlər arasında
10 Dekabr 2018 Koçaryanın vəkili Azərbaycan dilində danışdı: "Bezdim" - VİDEO
10 Dekabr 2018 Məktəb direktoru icra başçısının müavini oldu - Gəncədə