b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_n39.jpg
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların "orqan mafiyası” tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib.

Missiya.Az xəbər verir ki, bunu Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report”un sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla ümumiyyətlə respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib:
 
"Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin "102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, guya uşaqlar "orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.
16 Fevral 2019 Putindən gözlənilməz bəyanat
16 Fevral 2019 Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTO
15 Fevral 2019 Penitensiar Xidmət Taleh Bağırovla bağlı açıqlama yaydı: "Dedi bura niyə gəlibsiz?"
14 Fevral 2019 Prezidentdən nazir müavini haqqında - SƏRƏNCAM
14 Fevral 2019 İtaliya vətəndaşı Azərbaycan hökuməti və xalqından üzr istəyib
14 Fevral 2019 Ramil Usubov bu rayonlara yeni polis rəisləri təyin etdi - SİYAHI
14 Fevral 2019 Azərbaycanda boşanmaların əsl səbəbi bəlli oldu – Rəsmi rəqəmlər təkzib edilir
13 Fevral 2019 Gürcüstan nömrəli maşın sürənlərə pis xəbər -DYP hərəkətə keçdi
13 Fevral 2019 Millimizin yeni baş məşqçisinin maaşı açıqlandı - 300 min avro
13 Fevral 2019 Azərbaycanlılarla afrikalılar arasında kütləvi dava - Yaralılar var
12 Fevral 2019 Deputatdan prezidentə dollar kreditləri ilə bağlı MÜRACİƏT
11 Fevral 2019 Birinci vitse-prezident 1 nömrəli körpələr evində – FOTOLAR
11 Fevral 2019 Ramiz Mehdiyevdən Xocalı soyqırımı ilə bağlı SƏRƏNCAM
11 Fevral 2019 Dövlətə xəyanətdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO
09 Fevral 2019 Prezidentin əlini öpdüyü ağbirçək - “Allaha inandığım kimi inandım ki, o, gələcək”
08 Fevral 2019 Donuz qripindan öldüyü deyilən tələbənin həkimi - DANIŞDI
08 Fevral 2019 Ölkədə YENİ QADAĞA:Onlara bu məhsullar satılmayacaq
06 Fevral 2019 Prezident İlham Əliyev meşə cərimələri ilə bağlı qərarı ləğv etdi
06 Fevral 2019 AzTV-də Bədii Şura yaradıldı - Bayağı müğənnilər efirə buraxılmayacaq
05 Fevral 2019 "Sayı 3-ü keçsə, müsadirə olunub, anbara vurulacaq" - Gömrük Komitəsi