b_550_325_16777215_00_images_xeber_sekilleri_08avgust2018_o14.jpg

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul çağırışının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Missiya.Az xəbər verir ki, Xidmətdən Trend-ə verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iclasda çıxış edərək Prezident İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" müvafiq Sərəncamının icrası ilə bağlı Xidmətdə həyata keçirilmiş tədbirlərdən danışıb. Həmçinin 2018-ci ilin iyul çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, həmin qüsurların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Aparılmış təhlillər və araşdırmaların nəticələrinə əsasən, xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə Xidmətin dörd yerli idarə, şöbə və bölmə rəisi, eləcə də qurumun tabeliyində olan bir struktur bölmənin rəisi tutduqları vəzifələrindən kənarlaşdırılaraq Xidmət rəisinin sərəncamına götürülüblər.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən Xidmət rəisi ilk növbədə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

08 Dekabr 2018 Novruz Məmmədovdan qərar: Ofşor zonaların siyahısı dəyişdi
08 Dekabr 2018 Azərbaycan neftlə bağlı vacib qərar verdi
07 Dekabr 2018 Orduxan axtarışa verilib - Baş Prokurorluqda cinayət işi açıldı
07 Dekabr 2018 Milli təhlükəsizliyimizə təhlükə yaranarsa... - DXT-dan əhaliyə müraciət
07 Dekabr 2018 Ramil Usubov rəis müavinlərini işdən çıxardı
07 Dekabr 2018 Samir Şərifovun devalvasiya anonsuna nazirlikdən sərt reaksiya: "Düşünülmüş təxribatdır"
07 Dekabr 2018 Aparıcı Zaura yüksək vəzifə verildi
07 Dekabr 2018 Nazirlər Kabinetindən qəbiristanlıqlarla bağlı qərar
06 Dekabr 2018 Nazirlik Fəxrəddin Manafovla bağlı ciddi tapşırıq verdi
06 Dekabr 2018 Azərbaycanda daha bir ər arvadının saçlarını kəsdi – “Rədd olub getsin” – FOTO
06 Dekabr 2018 Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
06 Dekabr 2018 Bakıda müəllim-şagird mübahisəsi - Stolun üstünə çıxdı... - VİDEO
05 Dekabr 2018 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı
05 Dekabr 2018 Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu faciəvi şəkildə öldü - FOTO
05 Dekabr 2018 Prezident ABŞ səfirliyində olub - FOTO
05 Dekabr 2018 Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
05 Dekabr 2018 Bürclər dekabr ayında nə vəd verir? - PROQNOZ
05 Dekabr 2018 İnterpolun axtardığı gürcü mafiya lideri görün harda yaxalandı - VİDEO
05 Dekabr 2018 “Whatsapp”da yayılan mesajı açmayın! - Xəbərdarlıq
04 Dekabr 2018 Gəncədə 15 şadlıq evi cərimələndi