b_550_325_16777215_00_images_xeber_sekilleri_08avgust2018_xamenei.jpg

İranın dini lideri, ayətullah Əli Xamenei ABŞ-ın sanksiyalarından və ölkədə davam edən kütləvi aksiyalara ilk dəfə reaksiya verib.

Missiya.Az
xarici mətbuata istinadən xəbər verir ki, ali dini lider ölkəni qarşıdırmaq istəyən qüvvələrə qarşı çox sərt sözlər işlədib. O deyib ki, İrana qarşı heç bir qələt edə bilməzlər. 

Əli Xamenei bu barədə xaricdə yaşayan iranlı gənclərlə görüşü zamanı danışıb. Görüşdə iştirak edən fəallar ölkənin gələcəyindən narahat olduqlarını bildiriblər. Dini lider gəncləri narahat olmamağa çağırıb. İran hakimiyyətinin sabahı ilə bağlı heç bir nigarançılığın olmadığını deyən İran lideri sözlərinə belə davam edib: 

“Ölkə sərhədlərindən kənarda yaşayan və fəaliyyət aparan inqilab tərəfdarları bizim hazırkı şərait və durumumuzdan narahat olmamalıdır. Onlar əmin olsunlar ki, heç kəs heç bir qələt edə bilməz. Bunda heç bir şübhəniz olmasın və bunu hamıya deyin”.

Xatırladaq ki, iyulun 31-də İranın ən azı 7 şəhərində ölkənin ağır iqtisadi durumuna, milli valyutanın dollar qarşısında dəyərini kəskin itirməsinə, işsizliyə, bahalığa, inflyasiyaya və ölkə rəsmilərinin səriştəsizliyinə qarşı ölkənin 15 şəhərində kütləvi etirazlar keçirilib.

1 nəfərin ölümü, onlarla insanın yaralanması və 100-dən çox etirazçının həbsi ilə nəticələnən kütləvi etirazlar, hazırda müvəqqəti olaraq dayandırılıb.


İlkin
Missiya.Az

22 Mart 2019 Zlatko Daliç: Azərbaycana ilk hissədə vurduğumuz qol bizi xilas etdi
19 Mart 2019 Əli Həsənov: Fondun yaradılması təşəbbüsü prezident tərəfindən irəli sürülüb
18 Mart 2019 Bakıda güclü külək! Nə vaxta qədər davam edəcək? - RƏSMİ
17 Mart 2019 Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
15 Mart 2019 Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib
15 Mart 2019 Mehriban Əliyevadan evi talanan görmə əngəlliyə YARDIM
15 Mart 2019 Bu ərazilərdə işıq olmayacaq
14 Mart 2019 Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirdi
14 Mart 2019 Fuad Muradov Almaniyadakı soydaşlarımızla bir arada - Kölndə KŞ toplantısı
14 Mart 2019 Həbsdən azad edilmiş şəxslər barədə vacib - QƏRAR
13 Mart 2019 Nazir saxta əlilliklərin ləğvindən danışdı
13 Mart 2019 Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR - Ödənişlərin vaxtı məlum oldu
12 Mart 2019 Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR
12 Mart 2019 Dağlıq Qarabağda daha bir erməni hərbçisi ölüb
12 Mart 2019 Efiopiyada qəzaya uğrayan təyyarənin pilotunun son sözləri üzə çıxdı
11 Mart 2019 Şəhid hərbçimiz dəfn olundu - FOTO
11 Mart 2019 Uşaq pulunun bərpası ilə bağlı hökumətə təkliflər verildi - Aylıq 80 manat
11 Mart 2019 Naxçıvan Qarnizonu qoşunlarında snayper hazırlığı kursu başa çatıb - VİDEO
09 Mart 2019 İcra başçısı: Bu il Bakıda Novruz şənliyi əvvəlkilərdən fərqlənəcək
08 Mart 2019 Problemli krediti olanlar mütləq izləsin - İNFOQRAFİKA