b_550_325_16777215_00_images_xeber_sekilleri_09iyul2018_e74.jpg
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri Gəncədə iyulun 10-da baş vermiş iğtişaş zamanı iki polis zabitinin qətlə yetirilməsində əsas iştirakçılardan olan Rəşad Böyükkişiyevin zərərsizləşdirildiyi barədə birgə məlumat yayıb.

Missiya.Az xəbər verir ki, birgə məlumata görə, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində  iki polis zabiti şəhid olmuşdu. 
 
"Bu cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində Dövlət Başçısının şəxsi nəzarəti altındaintensiv surətdə davam etdirilən   əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.
 
Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovunda gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.  
 
Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə məhv edilib.
 
Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Görülən işlərin gedişi barədə əlavə məlumat veriləcək”,-deyə rəsmi məlumatda bildirilib.   
19 Oktyabr 2018 Növbəti sosial evlər satışa çıxarılacaq
19 Oktyabr 2018 Bu gün İlham Əliyev və Ərdoğan “Star” zavodunu işə salacaq
19 Oktyabr 2018 Novruz Məmmədovdan gəncləri sevindirəcək QƏRAR
18 Oktyabr 2018 Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirini işdən çıxardı
18 Oktyabr 2018 DTX əməliyyat keçirdi: Xarici casus həbs edildi - FOTO
18 Oktyabr 2018 Kamal Qaşıqçının tikə-tikə doğranan meyiti tapıldı - VİDEO
17 Oktyabr 2018 Qarabağ qazisi ölüm ayağındadır
17 Oktyabr 2018 Uşaq oğurluğunda ittiham olunan qadın haqqında çoxlarının bilmədiyi faktlar - VİDEO
17 Oktyabr 2018 Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO
17 Oktyabr 2018 Daha bir Türkiyə vətəndaşı Ermənistana keçib
16 Oktyabr 2018 Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı - QİYMƏTLƏR
16 Oktyabr 2018 Baş nazirdən mühüm QƏRAR
15 Oktyabr 2018 İlham Əliyev Astaraya getdi
15 Oktyabr 2018 Fazil Məmmədov reanimasiyaya yerləşdirildi
15 Oktyabr 2018 Bakıda uşaq oğurluğunda ittiham olunan qadın danışdı - VİDEO
15 Oktyabr 2018 Bakıda qaçırılan avtomobil tapıldı: oğruların inanılmaz üsulu - VİDEO
13 Oktyabr 2018 Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə...
13 Oktyabr 2018 Qalmaqallı keşişin vəda sözləri: "Mən Türkiyəni..." - VİDEO
12 Oktyabr 2018 Gəncə olaylarına görə axtarılırdı - Rusiyada saxlanıldı
12 Oktyabr 2018 Kütləvi zəhərlənmə – Tələbələr dönərdən zəhərləndi