aa24eaa6ef62bc57ffe67e0c0d0e1142.jpg

Baş prokuror Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev bu gün Gəncə şəhərinə gedib.

Missiya.Az “Report”un Qərb bürosuna istinadən xəbər verir ki, onlar Gəncə şəhərində şəhid olan Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimində iştirak edib, şəhid olan polis zabitlərinin ailə üzvlərinə, yaxınlarına başsağlığı veriblər.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə, iyulun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. Polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib. Rəşad Məmmədəli oğlu Böyükkişiyevin tutulması üçün hüquq-mühafizə orqanları tərəfindən intensiv iş aparılır.

17 Yanvar 2019 “Verdiyimiz hava proqnozu özünü doğruldub” – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
17 Yanvar 2019 Bakıda və Abşeron yarımadasında külək sürətlənib - RƏSMİ
17 Yanvar 2019 Bakıda doqquzmərtəbəli binada yanğın – Xilasedicilər hərəkətə keçdi
16 Yanvar 2019 Pensiyaların artımla veriləcəyi vaxt açıqlanıb – Rəsmi
16 Yanvar 2019 Günün ikinci yarısından hava pisləşəcək - Qərargahlar yaradılıb
15 Yanvar 2019 Zamirə Hacıyevanın istintaqı başlanır: milyonlarla dollarlıq əmlaka həbs qoyuldu
15 Yanvar 2019 Pensiyalar nə vaxt veriləcək? - Nazirlik açıqladı
14 Yanvar 2019 Həccə getmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR QALXIR
14 Yanvar 2019 Baş nazirdən yeni qərar: Bu nazirliyin səlahiyyətləri artırıldı
12 Yanvar 2019 Tarif Şurasından dərmanların qiymətləri ilə bağlı YENİ QƏRAR
12 Yanvar 2019 Səfər Mehdiyev: "117 gömrük əməkdaşı vəzifəsindən azad edilib"
12 Yanvar 2019 Mehman Hüseynov KİV-ə müraciət edib - MƏTN
11 Yanvar 2019 Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər?
10 Yanvar 2019 Bakı Avtovağzalında avtomobillərin girişi üçün YENİ QİYMƏTLƏR
10 Yanvar 2019 Bakıda “donuz qripi” fırıldaqçıları tapıldı – 2 manat istəyirlər
10 Yanvar 2019 Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydı
09 Yanvar 2019 İcra hakimiyyətindən bir ailəni məhv edən partlayışla bağlı AÇIQLAMA
09 Yanvar 2019 "Masaj kursunu bitirən xanım ADU-da vəzifədə olub..." - Kamal Abdulla
09 Yanvar 2019 Bankdan 15 milyon manat kredit götürən iş adamı həbs olundu
08 Yanvar 2019 Enerji içkiləri bahalaşdı – Aksizdən sonrakı qiymətlər