b_550_325_16777215_00_images_xeber_sekilleri_09iyul2018_1531388463_1531385064_untitled-1.jpg
Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyənin "American Hastahanesi”ndə müalicəsini davam etdirir. 
 
Missiya.Az xəbər verir ki, Türkiyədəki mənbənin modern.az-a verdiyi məlumata görə, F.Məmmədovun səhhəti tam normallaşıb. Sadəcə, bir müddət həkim nəzarətində olmasına qərar verildiyi üçün xəstəxanadan buraxılmayıb və sabiq nazir hazırda "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır. 
 
Onun Azərbaycana dönməsilə bağlı dəqiq vaxtın bilinmədiyi qeyd edilib.
 
Qeyd edək ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanıb.
 
Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.
 
 
21 May 2019 8 il öncə vəfat etmiş şəxsə hərbi çağırış vərəqəsi gəldi
20 May 2019 Əhaliyə ŞAD XƏBƏR: Prezidentdən 20 milyonluq sərəncam
20 May 2019 Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”
20 May 2019 Rayon maşınlarının Bakıya girişi qadağan edilir
20 May 2019 Milli Qəhrəmanın adı orta məktəbə verildi
17 May 2019 Bakıda Arif Məlikova heykəl qoyulacaq - SƏRƏNCAM
17 May 2019 İlham Əliyev iki icra başçısını vəzifədən azad etdi
17 May 2019 “Günay Bank” "qara zolaqdan" niyə çıxa bilmir? - 100 milyonluq oğurluğun fəsadları
17 May 2019 "Arsenal" və "Çelsi" azarkeşləri düşmən deyil" - Azad Rəhimov
17 May 2019 Azərbaycan “Avroviziya”nın finalında - FOTO/VİDEO
16 May 2019 Bakı Meriyası mitinqinlə bağlı müraciətə cavab verdi
16 May 2019 “Emin 444”ün qətlinə görə dünya çempionu tutuldu - “78 bıçaq vurublar”
15 May 2019 Baş redaktordan Aslan İsmayılova “hodri, meydan” çağırışı. Gələcəkmi?
15 May 2019 "Eurovision 2019"un I yarımfilnalı baş tutdu - Finala keçən ölkələrin SİYAHISI - VİDEO
14 May 2019 Britaniya səfiri: "Mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram"
14 May 2019 Prezident İlham Əliyev Brüsseldə Belçika kralı ilə görüşüb - FOTO
13 May 2019 Azərbaycanda polislə silahlı atışma – 5 nəfər saxlanıldı
13 May 2019 Azərbaycanda yabanı halda bitən Dombalan göbələyi - Avropada 1 kilosu 200 avroya satılır - VİDEO
10 May 2019 “Sənədi dəyişə bilər, amma geni yox” - Anar Mədətov
10 May 2019 Bakıda IDEA İctimai Birliyinin "Şəhər ekologiyası" layihəsi həyata keçirilir - FOTO