b_550_325_16777215_00_images_xeber_sekilleri_29may2018_20p.jpg

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən iftar verilib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, iftar süfrəsi Moskva Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyilə baş tutub.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirib ki, hər il Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Poklonnaya qora adlanan yerdə qurulan Ramazan çadırında “Azərbaycan Günü” keçirilir: 

“Ramazan çadırı Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və islam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirilən vacib layihədir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə aktiv iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır”.

Ramazan çadırındakı “Azərbaycan Günü”nü açan Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev ötən il Azərbaycanda “İslam həmrəyliyi ili”nin qeyd olunduğunu vurğulayıb: 

“İslam həmrəyliyi ili” çərçivəsində Bakıda və digər şəhərlərdə, o cümlədən Sankt-Peterburqda konfranslar və görüşlər keçirilib. Bu tədbirlərdə müsəlman xadimləri ilə yanaşı, pravoslav kilsəsinin nümayəndələri də iştirak ediblər”.

Tədbirdə “Əhli-Beyt” dini təşkilatının sədri Nizami Baloğlanov, Moskva Dövlət Universitetinin tələbəsi Ələkbər Qasımov və digərləri də çıxış ediblər.

Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

14 Noyabr 2018 Nazirdən pensiyaçılara şad xəbər - 273 MANAT...
14 Noyabr 2018 Azərbaycanda GÜCLÜ PARTLAYIŞ - YARALILAR VAR
14 Noyabr 2018 Teleradio Şurası televerilişlərin və aparıcıların "qara siyahı”sını hazırladı
14 Noyabr 2018 Baş nazirdən məktəbəqədər təhsillə bağlı vacib - QƏRAR
14 Noyabr 2018 Azərbaycanda dəhşətli yanğın: beş nəfər öldü - TƏFƏRRÜAT
13 Noyabr 2018 Deputat: Dərslər başlamamış niyə ödəniş tələb olunur?
13 Noyabr 2018 Narazı şəhid vərəsələri nazirliyin qarşısına toplaşdı - Sahil Babayev onları qəbul etdi
13 Noyabr 2018 Bakıda məktəbdə yanğın - 100 şagird təxliyyə edildi
13 Noyabr 2018 5 yaşlı Rahim dayanmadan 4 min 105 dəfə "jim" etdi və... - VİDEO
13 Noyabr 2018 Sürücülərin diqqətinə: 3 gün sonra cərimələnə bilərsiniz
13 Noyabr 2018 114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ
12 Noyabr 2018 Nazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHI
12 Noyabr 2018 “Qoca” Fədayəyə mesaj yazıb ki…” - Vəkildən ŞOK AÇIQLAMA
12 Noyabr 2018 Ermənilər Kür çayına zəhər qatır
12 Noyabr 2018 Azərbaycanda əhali üçün sürpriz yenilik - VİDEO
10 Noyabr 2018 Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı
09 Noyabr 2018 Rasim Balayev Amaliya Pənahovanın vida mərasiminə qatılmayacaq
08 Noyabr 2018 Mədət Quliyev: "Bayrağımız qürur mənbəyimizdir"
08 Noyabr 2018 Cahangir Hacıyevin arvadı azadlığa buraxıldı
08 Noyabr 2018 Dilqəm Əsgərovun oğlu atasının azad olunacağı xəbərindən danışdı: "Bizə heç nə deyilməyib"