b_550_325_16777215_00_images_xeber_sekilleri_29may2018_1p.jpg

Bu gün Azərbaycan təbii qazını Türkiyəyə, oradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi baş tutacaq.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, Əskişəhərdə baş tutacaq açılış mərasimində  Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, boru kəmərində pay sahibləri, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak edəcək.

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

Qeyd edək ki, TANAP layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib. TANAP layihəsi təbii qazın “Şahdəniz” və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

26 Mart 2019 "Diqlas"da baş verən yanğına helikopter cəlb olunub - VİDEO
26 Mart 2019 Bakıda ticarət mərkəzində güclü yanğın baş verib - VİDEO
25 Mart 2019 Azərbaycan Belarusdan yeni hərbi kompleks alıb - FOTO
25 Mart 2019 Apreldən bu şəxslər Prezident təqaüdü alacaq
25 Mart 2019 Tramp Azərbaycanla bağlı təklifi dəstəklədi
22 Mart 2019 Zlatko Daliç: Azərbaycana ilk hissədə vurduğumuz qol bizi xilas etdi
19 Mart 2019 Əli Həsənov: Fondun yaradılması təşəbbüsü prezident tərəfindən irəli sürülüb
18 Mart 2019 Bakıda güclü külək! Nə vaxta qədər davam edəcək? - RƏSMİ
17 Mart 2019 Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
15 Mart 2019 Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib
15 Mart 2019 Mehriban Əliyevadan evi talanan görmə əngəlliyə YARDIM
15 Mart 2019 Bu ərazilərdə işıq olmayacaq
14 Mart 2019 Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirdi
14 Mart 2019 Fuad Muradov Almaniyadakı soydaşlarımızla bir arada - Kölndə KŞ toplantısı
14 Mart 2019 Həbsdən azad edilmiş şəxslər barədə vacib - QƏRAR
13 Mart 2019 Nazir saxta əlilliklərin ləğvindən danışdı
13 Mart 2019 Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR - Ödənişlərin vaxtı məlum oldu
12 Mart 2019 Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR
12 Mart 2019 Dağlıq Qarabağda daha bir erməni hərbçisi ölüb
12 Mart 2019 Efiopiyada qəzaya uğrayan təyyarənin pilotunun son sözləri üzə çıxdı