b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_651390.jpg

Prezident İlham Əliyevin "Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Missiya.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fərmanın yüksək səviyyədə, vaxtında və tam şəffaf şəkildə icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb.

Nazir bildirib ki, Komissiya Fərmanda nəzərdə tutulan, yəni 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi mexanizmini müəyyən edən qaydaların layihəsi üzərində işi artıq yekunlaşdırır.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməli olan siyahıların formaları hazırlanıb və həmin qurumlara təqdim olunub. Bu qurumlar tərəfindən təqdim olunmuş siyahılar əsasında dəqiqləşdirmə aparılacaq və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı müəyyən edilərək Nazirliyin rəsmi saytında yerləşdiriləcək.

Bundan sonra 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin müvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırmanın aparılması təmin ediləcək. Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi də nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək.

S.Babayev şəffaflığın tam təmin edilməsi üçün qeyd olunan prosesin elektron infrastruktur üzərində aparılacağını qeyd edib. Nazir vurğulayıb ki, notariat orqanları tərəfindən vərəsəliyi müəyyən edilmiş şəxslər, onlara dair şəhadətnamələr, digər müvafiq sənədlər dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürüləcək. Birdəfəlik ödəmə ilə təmin olunacaq şəxslərin elektron qaydada növbəlilik siyahısı müəyyən edilərək nazirliyin rəsmi saytında yerləşdiriləcək və onların hər birinə bu barədə, yəni birdəfəlik ödəmələrlə təmin edilmələri üçün növbəyə götürüldükləri barədə bildiriş qəbzi göndəriləcək.

Bu prosesin cari ilin ikinci yarısında başa çatacağını qeyd edən S.Babayev həmin vaxtdan sonra, təqribən cari ilin son rübündən növbəlilik qaydasında birdəfəlik ödənişlərin həyata keçiriləcəyini bildirib.

İclasda Komissiya qeyd edilən layihəni bir daha nəzərdən keçirib, ayrı-ayrı məsələlər bir daha müzakirə edilib. S.Babayev Komissiya üzvlərinə aidiyyəti üzrə tapşırıqlarını verib, o cümlədən birdəfəlik ödənişlərin həyata keçirilməsi məqsədilə aparılan işlərin hər bir mərhələsində ictimaiyyətin geniş məlumatlandırılmasını tapşırıb.

23 İyun 2018 Yavər Camalov vəfat edib
23 İyun 2018 Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
22 İyun 2018 Xəbərdarlıq: Dəhşətli istilər gəlir - Minlərlə insan təhlükədə
22 İyun 2018 Əli Kərimlidən Elçibəyə ŞOK hörmətsizlik - FOTO
22 İyun 2018 Pambıq tarlasında zəhərlənmə ilə bağlı şok fakt - Kompensasiya almaq üçün... - RƏSMİ
22 İyun 2018 Bankdan 100 milyon mənimsədiyi deyilən bankirlə bağlı YENİ FAKTLAR
22 İyun 2018 Ziya Məmmədovun holdinqi “sökülür” - Keçmiş nazir itirə-itirə gedir
21 İyun 2018 Sumqayıtda universitet binası uçdu - FOTO
21 İyun 2018 General İran-Azərbaycan sərhədində: yaralı əsgərə medal verdi - FOTOLAR
21 İyun 2018 Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edildi
21 İyun 2018 Hacı Nuran xəstəxanaya yerləşdirildi – FOTO
21 İyun 2018 Avtomobil qiymətləri bu vaxtdan etibarən kəskin bahalaşacaq - AÇIQLAMA
20 İyun 2018 Naxçıvanda şərab zavodu da ermənilərdən geri alınıb - VİDEO
20 İyun 2018 Nazir rəisi işdən çıxartdı: yeni təyinat
20 İyun 2018 Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı: "Mən nə desəm, qızım onu edəcək"
19 İyun 2018 Deputatdan “şortik qalmaqalı”na sərt reaksiya – Video
19 İyun 2018 İmişlinin pambıq sahəsində kütləvi zəhərlənmə
19 İyun 2018 Vaqif Əsədov: “Parada hazırlıqla əlaqədar bəzi yollar bağlanacaq”
19 İyun 2018 ETSN Bakıdakı yanğınla bağlı rəsmi açıqlama yayıb
19 İyun 2018 Bakıda “Taxta bazarı” yanır - VİDEO