b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_32748959_10214110417826402_8854684759901601792_n.jpg

Hər üç alpinist təxminən eyni yerdə, çadır qurduqları ərazidə tapıldı. Böyük ehtimalla, onlar çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşüblər. Dörd aydan çox vaxt keçsə də, meyitlər tanınan halda idi. Qarın altından çıxarılanda alpinistlərin şəxsiyyətini müəyyənləşdirmək olurdu.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə dekabrın 27-dən itkin düşən “Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışlarını həyata keçirən qrupun rəhbəri Toğrul Mehdiyev məlumat verib.

Toğrul Mehdiyev deyib ki, Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan alpinistlərin axtarışları müvafiq təlimata uyğun olaraq fasiləsiz davam edib. Son günlər havanın daha çox istiləşməsi axtarışların intensivləşməsi üçün şərait yaradıb. Qarın səviyyəsi azaldığından alpinistlərin olduğu yeri müəyyənləşdirmək üçün bəzi ipucuları ortaya çıxıb: 

“Əvvəl həmin ərazidə 10-12 metr hündürlükdə qar var idi. İsti havadan sonra qarın hündürlüyü dörd metrə qədər azalmışdı. Alpinistlərin yerini təxmini müəyyənləşdirdikdən sonra bütün qüvvəmizi səfərbər edib, həmin ərazidə axtarışları gücləndirdik.

İki gün ərzində səhər saat 7-dən axşam 8-dək ərazidən çıxmamaq şərtilə iş apardıq. Mayın 16-da onların cəsədlərini aşkarladıq”, - deyə Toğrul Mehdiyev əlavə edib.

Xilasetmə qrupunun komandiri Anar Alxanov jurnalistlərə açıqlamasında alpinistlərin meyitlərinin qarın dörd metr dərinliyində aşkar olunduğunu bildirib:

“Əvvəlcə Babur Hüseynovu, sonra isə Fəridə Cəbrayılzadə və Namin Bünyatovu üzə çıxardıq. Onlar birlikdə çadırın içərisində böyük qar uçqununun altında qalıblar”.

Alpinistlərin axtarışları ilə əlaqədar yaradılan Əməliyyat Qərargahının bu barədə açıqlamasında bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-sı saat 18 radələrində itkin düşən alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib. Həmin ərazidən bir kişi cəsədi tapılıb. Saat 19 radələrində isə daha bir kişi və bir qadın cəsədi aşkarlanıb.

Meyitlər hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə Əməliyyat Qərargahından Quba Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib və tibbi ekspertizadan keçirildikdən sonra aidiyyəti üzrə təhvil veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə dekabrın 27-də başlanılmışdı. Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılırdı.

Bu müddətdə axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edib.

23 İyun 2018 Yavər Camalov vəfat edib
23 İyun 2018 Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
22 İyun 2018 Xəbərdarlıq: Dəhşətli istilər gəlir - Minlərlə insan təhlükədə
22 İyun 2018 Əli Kərimlidən Elçibəyə ŞOK hörmətsizlik - FOTO
22 İyun 2018 Pambıq tarlasında zəhərlənmə ilə bağlı şok fakt - Kompensasiya almaq üçün... - RƏSMİ
22 İyun 2018 Bankdan 100 milyon mənimsədiyi deyilən bankirlə bağlı YENİ FAKTLAR
22 İyun 2018 Ziya Məmmədovun holdinqi “sökülür” - Keçmiş nazir itirə-itirə gedir
21 İyun 2018 Sumqayıtda universitet binası uçdu - FOTO
21 İyun 2018 General İran-Azərbaycan sərhədində: yaralı əsgərə medal verdi - FOTOLAR
21 İyun 2018 Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edildi
21 İyun 2018 Hacı Nuran xəstəxanaya yerləşdirildi – FOTO
21 İyun 2018 Avtomobil qiymətləri bu vaxtdan etibarən kəskin bahalaşacaq - AÇIQLAMA
20 İyun 2018 Naxçıvanda şərab zavodu da ermənilərdən geri alınıb - VİDEO
20 İyun 2018 Nazir rəisi işdən çıxartdı: yeni təyinat
20 İyun 2018 Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı: "Mən nə desəm, qızım onu edəcək"
19 İyun 2018 Deputatdan “şortik qalmaqalı”na sərt reaksiya – Video
19 İyun 2018 İmişlinin pambıq sahəsində kütləvi zəhərlənmə
19 İyun 2018 Vaqif Əsədov: “Parada hazırlıqla əlaqədar bəzi yollar bağlanacaq”
19 İyun 2018 ETSN Bakıdakı yanğınla bağlı rəsmi açıqlama yayıb
19 İyun 2018 Bakıda “Taxta bazarı” yanır - VİDEO