b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_0109.jpg

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzər və Qara dəniz arasında kanal inşa etməyi təklif edib.

Missiya.Az xəbər verir ki, o, bunu Avrasiya İqtisadi İttifaqının iclasında bildirib.

"Digər bir perspektivli layihə, Qara dəniz və Xəzər dənizini su yolları vasitəsilə birləşdirəcək Avrasiya nəqliyyat kanalının inşası olacaq", - deyə Nazarbayev Avrasiya İqtisadi İttifaqının iclasında bildirib.

Bundan başqa, Qazaxıstan Avropanı Asiya ilə birləşdirəcək yüksək sürətli "Avrasiya" avtomobil yolunun tikintisi ilə bağlı da təklif verib.

Əgər Qara dəniz və Xəzər dənizini su yolları vasitəsilə birləşdirəcək Avrasiya nəqliyyat kanalının inşası reallaşarsa, layihədə Azərbaycanın da iştirakı real görünür. Ölkəmiz hazırda "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərində uğurla iştirak edir və layihələrin ən ararıcı iştirakçılarından biridir.

Qeyd edək ki, illərdir bu bölgədə əsas strateji əhəmiyyətə malik xətt Volqa-Don kanalıdır. Hələ, 2006-cı ilin yekununa görə kanalla 8,053 milyon ton yük daşınmışdır ki, onun da 4,137 milyon tonu neft məhsulları olub. 2009-cu ildə isə, kanalla 13,2 milyon ton yük daşınıb və 11 692 gəminin keçidinə icazə verilib.  

b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_00112.jpg

Azərbaycanı dünya okeanına çıxaran kanallardan biri də Volqa-Don kanalıdır. Amma bölgədə yeni kanalın çəkilməsi Volqa- Donun əhəmiyyətini azalda bilər. Belə olduğu halda Nazarbayevin təklifinin reallaşması nə qədər mümkündür?

Missiya.Az-ın əməkdaşı iqtisadçı-ekspert Elnur Sultanov bu sualları cavablandırıb.

O bildirib ki, Nazarbayevin irəli sürdüyü təklifin reallaşma ehtimalı azdır:

Onsuz da indiki halda Don-Volqa kanalı var. Və bu xətt Rusiya üzərindən keçir. Söhbət, sadəcə bu xəttin genişlənməsindən, Qazaxıstan kimi dövlətlərin onu maliyələşdirməsindən və qarşılıq olaraq da, hüquq və maliyyə tərəfdəndaha uyğun keçid imkanları əldə etməsindən gedə bilər”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_0110.jpg

Ekspert bildirib ki, bu plan reallaşsa da onun Azərbaycan üzərindən həyata keçirilməsi mümkün deyil.

Azərbaycandan əlavə kanalın açılması ancaq Kür çayının genişləndirilməsi və əlavə “bypass” kanallarının tikilməsi ilə mümkün ola bilər. Bunun da maliyəti onlarca milyard dollar olar və rentabəlli olmaz. Dəmir yol və magistral yolların varlığını da nəzərə alsaq, Azərbaycan üzərindən iki dənizin bağlanmasının yaxın onillikdə mümkün olacağını düşünmürəm”.- deyə ekspert bildirib.

Natəvan Abdullayeva
Missiya.Az

 

19 Sentyabr 2018 Azadlığa buraxılan məhkumun sevincdən ürəyi getdi – Azərbaycanda
19 Sentyabr 2018 “Kənd çolpaları" sexindən iyrənc görüntülər - Gözlənilməz reyd - VİDEO
18 Sentyabr 2018 Çeçen toyunda kütləvi dava - VİDEO
18 Sentyabr 2018 Əli Həsənov: Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə ...
18 Sentyabr 2018 Ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmur övladlarının adları açıqlandı - SİYAHI
18 Sentyabr 2018 Azərbaycanlı tələbə qız yardım təşkilatına sığınmaq istədi: "Məni izləyirlər, bədənimə..."
18 Sentyabr 2018 Anar Nəcəfli yenidən efirə qayıtdı - VİDEO
18 Sentyabr 2018 Baş nazirdən daha bir qərar: qaydalar dəyişdi
18 Sentyabr 2018 Hikmət Hacıyevə Prezident Administrasiyasında yüksək vəzifə verildi
18 Sentyabr 2018 Tanınmış müğənninin ölüm anı - Avtoqəza - VİDEO
17 Sentyabr 2018 Ərdoğan Soçiyə gedib - Putinlə görüşəcək
17 Sentyabr 2018 Birinci kurs tələbələri faciəvi şəkildə öldülər – Universitetə cəmi 1 gün getmişdilər…
17 Sentyabr 2018 Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!”
17 Sentyabr 2018 Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi
16 Sentyabr 2018 SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi - FOTO
16 Sentyabr 2018 Gürcüstanda marixuana ixracından əldə ediləcək gəlir açıqlandı
15 Sentyabr 2018 Prezidentlər Heydər Əliyevin məzarını ziyarət ediblər
15 Sentyabr 2018 İlham Əliyev və Ərdoğan təkbətək görüşdü
15 Sentyabr 2018 Ermənilər dinc əhalini atəşə tutdu - Cəbhədə gərginlik
14 Sentyabr 2018 Elmar Vəliyev oğlu ilə restoranda - Yeni FOTO