b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_1526457129_2.jpg
Bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018" sərgisi öz işinə başlayıb.
 
Missiya.Az xəbər verir ki, sərgini açan Kənd Təsərrüfatı naziri İnam Kərimov son illər Azərbaycan Prezidenti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirib.
 
"Bunun nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyub. Sosial-iqtisadi göstəricilərin yüksəldilməsi nəticəsində yerli istehsal məhsullarının rəqabatə davamlı ixrac imkanları genişlənib, ərzaq təhlükəsizliyinin təminatına öz töhvəsini verib”.
 
Nazir deyib ki, hazırda əsas istiqamət yüksək məhsuldarlığın təmini, ixrac imkanlarının artırılması, ərzaq təhlükəsizliyidir:
 
"Qarşıya qoyulan məqsədlərə çatmaq üçün kənd təsərrüfatında innovasiyalara, yeni yanaşmaların tətbiqinə başlanılıb. Hazırda prioritet məqsədimiz yüksək məhsuldarlıq, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən, qida təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının əsas prinsipləri kimi bəyan edilib. Bu məqsədlərə çatılması üçün kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyaların tətbiqi bizim üçün prioritet olacaq. Aqrar sahənin təkmilləşdirilməsi, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində, biznes əlaqələrin qurulmasında bugünkü sərgilərin əhəmiyyəti var. Sevindirici haldır ki, əvvəlki illə müqayisədə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi 12 faiz artıb. Sərgidə iştirak edən ölkələrin sayı 28-dən 34-ə, şirkətlərin sayı 331-dən 432-yə çatıb. Şirkətlərin 70 faizi xarici, 30 faiz isə yerli, "Made in Azerbaijan” brendi altında təmsil olunur. Bu sərgilər həm fermer, həm də iş adamlarının əməkdaşlıq məkanına çevrilib”.
 
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, bu cür sərgilər ölkədə sərbəst biznes mühitinə yaradılan imkandan xəbər verir:
 
"Hər il bu sərginin əhatə dairəsi genişləndirilir. İştirakçıların 70 faizinin xarici şirkət olması təsadüfi deyil. Bu ölkədə sağlam rəqabət mühitindən xəbər verir”.
 
Sədr onu da vurğulayıb ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında məqsəd ölkədə bu sahədəki risklərin qiymətləndirilməsidir:
 
"Əsas məqsəd əhalinin sağlam qida ilə təminatı və ixrac potensialının artırılmasıdır”.
 
Qeyd edək ki, sərgi iki gün davam edəcək. Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir.
19 Sentyabr 2018 Azadlığa buraxılan məhkumun sevincdən ürəyi getdi – Azərbaycanda
19 Sentyabr 2018 “Kənd çolpaları" sexindən iyrənc görüntülər - Gözlənilməz reyd - VİDEO
18 Sentyabr 2018 Çeçen toyunda kütləvi dava - VİDEO
18 Sentyabr 2018 Əli Həsənov: Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə ...
18 Sentyabr 2018 Ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmur övladlarının adları açıqlandı - SİYAHI
18 Sentyabr 2018 Azərbaycanlı tələbə qız yardım təşkilatına sığınmaq istədi: "Məni izləyirlər, bədənimə..."
18 Sentyabr 2018 Anar Nəcəfli yenidən efirə qayıtdı - VİDEO
18 Sentyabr 2018 Baş nazirdən daha bir qərar: qaydalar dəyişdi
18 Sentyabr 2018 Hikmət Hacıyevə Prezident Administrasiyasında yüksək vəzifə verildi
18 Sentyabr 2018 Tanınmış müğənninin ölüm anı - Avtoqəza - VİDEO
17 Sentyabr 2018 Ərdoğan Soçiyə gedib - Putinlə görüşəcək
17 Sentyabr 2018 Birinci kurs tələbələri faciəvi şəkildə öldülər – Universitetə cəmi 1 gün getmişdilər…
17 Sentyabr 2018 Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!”
17 Sentyabr 2018 Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi
16 Sentyabr 2018 SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi - FOTO
16 Sentyabr 2018 Gürcüstanda marixuana ixracından əldə ediləcək gəlir açıqlandı
15 Sentyabr 2018 Prezidentlər Heydər Əliyevin məzarını ziyarət ediblər
15 Sentyabr 2018 İlham Əliyev və Ərdoğan təkbətək görüşdü
15 Sentyabr 2018 Ermənilər dinc əhalini atəşə tutdu - Cəbhədə gərginlik
14 Sentyabr 2018 Elmar Vəliyev oğlu ilə restoranda - Yeni FOTO