b_550_325_16777215_00_images_xeber_sekilleri_12aprel2018_1523857946_deyil.jpg
Milli Məclisin deputataı Qusarda keçindi.

Missiya.Az
İstiPress-in Şimal bürosuna istinadən xəbər verir ki, 120 saylı Qubadlı-Cəbrayıl DSK-dan deputat seçilmuş deputatı Astan Şahverdiyev aprelin 15-i səhər saat 8 radələrində Qusarda dincəldiyi istirahət mərkəzində dünyasını dəyişib.

Məlumata görə, o hadisədən bir gün əvvəl Misirxan adlı dostu ilə Qusara gəlib və yenicə fəaliyyətə başlamış "Şato" adlı istirahət mərkəzində qalıb. Paytaxtdakı ali məktəblərin birinin müəllimi olan Mehdixan səhər saat 07:00 radələrində dostunu səhər yeməyinə dəvət etmək üçün otağının qapısını döyüb. Bu zaman Astan Şahverdiyev dostuna özünü pis hiss etdiyini deyib. Dərhal təcil yardım çağrılıb və həkim briqadası tez istirahət mərkəzinə gəlib. Amma təcili yardım gələnədək Milli Məclisin üzvü keçinib.

Mərhumun qəfil ürək tutmasından keçindiyi ehtimal edilir. Astan Şahverdiyevin ağ ciyər xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.
 
Dərhal hadisə yerinə Qusarın hüquq-mühafizə orqanlarının rəsmiləri gəlib və deputatın keçindiyi istirahət guşəsi müayinə olunub. Mərhumun ailəsi və yaxınları məlumatlandırılıb və ailə üzvlərinin iştirakı ilə Astan Şahverdiyevin cənazəsi Bakıya aparılıb.

Milli Məclisin Qusardan seçilmiş deputatı Azər Badamovun İstiPressə verdiyi məlumata görə, mərhum həmkarı Qaradağ rayonundakı Lökbatan qəbristanlığında dəfn edilib.

Xatırladaq ki, adıçəkilən deputat bir müddət öncə Rusiyaya qazanc dalınca gedən həmvətənlərimizi "otxod" adlandıraraq təhqir etmişdi.
25 Aprel 2018 Ramiz Mehdiyev kimlərin həbs olunacağı haqda SİYAHI AÇIQLADI - VİDEO
25 Aprel 2018 Azərbaycan və Türkiyə dollardan imtina edir
25 Aprel 2018 TBMM sədri: “İlham Əliyev bölgə və dünya üçün mühüm şəxsiyyətdir
25 Aprel 2018 Prezident Milli Məclisə 3 yeni qanun layihəsi göndərdi
24 Aprel 2018 Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi - İşinin öhdəsindən gələ bilməyib
24 Aprel 2018 Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı - Dəvətnamələr də paylanılıbmış
24 Aprel 2018 Gəncədə 30 minlik oğurluq
24 Aprel 2018 Hüseyn Abdullayev harda saxlanılır? - Vəkilindən açıqlama
23 Aprel 2018 Gömrük Komitəsinə yeni sədr təyin olundu
23 Aprel 2018 Hüseyn Abdullayevin tutulması xəbəri rəsmən təsdiqləndi
23 Aprel 2018 Kərəm Həsənov nazir oldu, yoxsa... – Rəsmi
21 Aprel 2018 Səlim Müslümov vəzifəsindən azad edildi
21 Aprel 2018 Son dəqiqə! Yeni baş nazirin namizədliyinə baxılır
20 Aprel 2018 Prezident bu nazirləri işdən çıxarır - sensasion dəyişim
20 Aprel 2018 Ziya Məmmədov pullarını ölkədən çıxarır
19 Aprel 2018 Donald Tramp Kim Çen İnlə harada görüşəcək?
18 Aprel 2018 İlham Əliyev Nazirlər Kabineti ilə bağlı sərəncam verdi
18 Aprel 2018 Prezident andiçmədən sonra ilk ora getdi
17 Aprel 2018 Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqlədi
17 Aprel 2018 Əli Həsənovun nəvəsindən XƏBƏR VAR