b_550_325_16777215_00_images_xeber_sekilleri_29mart2018_aprel.jpg

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının əvvəllərində cəbhədə işğalçı erməni silahlı bölmələri üzərində qazandığı qələbələrin ikinci ildönümüdür.

Missiya.Az xəbər verir ki, 2016-cı il, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub.

Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qalıb. Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

 

Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Aprelin 2-dən 5-dək davam edən döyüşlər zamanı Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzulirayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyi də bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabitləri-polkovnik və generallar məhv edilib.

4 günlük döyüşlərdə Azərbaycan Ordusu 2000 hektar ərazisini işğaldan azad edib. Azərbaycan Silahlı Qüvvələrinin düşməndən təmizlədiyi strateji yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür.

Ermənilər aprelin əvvəllərində cəbhədə baş vermiş döyüşlərdə 100-dək hərbçi itirdiklərini açıqlasalar da, düşmən tərəfindən real ölü sayının 300-dən, yaralı sayının isə 500-dən çox olduğu barədə məlumatlar var. Döyüş toqquşmalarında Azərbaycan Ordusu da itki verib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüş qarşıdurması zamanı erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri, ləvazimatlar, düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.

 
13 Dekabr 2019 Əhməd Davudoğlu yeni partiya qurdu - Hakimiyyətə gəlmə istəyir
13 Dekabr 2019 Zaur Baxşəliyev cinayət məsuliyyətinə cəlb edilə bilər
13 Dekabr 2019 Yanvarın 1-dən 50 AZN ödəməlisiz, əks halda 30 AZN cərimə ödəyəcəksiz
12 Dekabr 2019 Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama: “Əla nümunədir”
12 Dekabr 2019 İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTO
11 Dekabr 2019 Vilayət Eyvazov mayora yeni vəzifə verdi
11 Dekabr 2019 “YAP-ın namizədlər siyahısında yeni simalar olacaq” - Əli Əhmədov
11 Dekabr 2019 Bakıda dəhşətli qəza: "Kamaz" 2 tələbənin üzərindən keçdi - ANBAAN VİDEO
10 Dekabr 2019 Vilayət Eyvazovdan yeni - TƏYİNAT
10 Dekabr 2019 “ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
09 Dekabr 2019 Beşinci çağırış Milli Məclisin ən fəal deputatları - Adlar açıqlandı
09 Dekabr 2019 Rumıniyalı müğənni Azərbaycanda deputat olmaq istəyir
06 Dekabr 2019 Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ DETALLAR
05 Dekabr 2019 Azərbaycanda vəzifəli şəxsin əmlakına həbs qoyuldu
04 Dekabr 2019 Şəhid kapitanımızın övladı ilə ürək dağlayan son görüşü - VİDEO
03 Dekabr 2019 Prezidentin yüksək vəzifə verdiyi Daşqın İskəndərov kimdir? - DOSYE
02 Dekabr 2019 Nazirlər Kabinetinin yeni şöbələri - SİYAHI
02 Dekabr 2019 Milli Məclis bu gün parlamentin buraxılmasını müzakirə edəcək
28 Noyabr 2019 Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu təqaüdə göndərdi
27 Noyabr 2019 Pensiya almaq üçün nə etmək lazımdır? – Nazirlik açıqladı