b_550_325_16777215_00_images_xeber_sekilleri_29mart2018_29665949_2023518084355778_825262968_n.jpg

Roma papası Fransisk jurnalist-ateist Eucenio Skalfari ilə müsahibəsində bildirib ki, cəhənəm mövcud deyil.

Bu barədə Missiya.Az “La Republica”ya istinadən xəbər verir.

Nəşriyyatın jurnalisti pontifikin sözlərini sitat gətirir:

“Tövbə edənlər Allahdan əfv alırlar. Tövbə etməyənlər isə (günahları) bağışlanmırlar və sadəcə, yoxa çıxırlar. Cəhənnəm mövcud deyil, yalnız günahkar ruhların qeyb olması mövcuddur”

Bu materialın dərc edilməsindən sonra Vatikan açıqlama verərək bildirb ki, Roma Papası müsahibə üçün icazə verməyib və əslində, bu pontifikin sitatı deyil, sadəcə, jurnalistin “yenidən qurulmuş” mülahizəsidir.

Cəhənnəmin mövcudluğunu inkar etmək katolik ehkamına ziddir. Cəhənnəm “Əhdi-Cədid”də günahkarların əzab çəkəcəkləri axirət yeridir.

Yanvarın sonunda Roma Papası bəyan edib ki, yalan xəbərlər bəşəriyyətin valideynləri sayılan Adəm və Həvvanı ilk günaha gətirib-çıxarıb. Pontifikin fikrincə, yalan xəbər manipulyasiya məqsədilə yaradılır və nifrətin meydana gəlməsinə səbəb olur.

Fransisk hesab edir ki, buna görə zərərsiz dezinformasiya olmur və “həqiqətin ən kiçik təhrifi belə, ən təhlükəli nəticələrə gətirib çıxarar”.

Roma Papası bənzər xəbərlərin yaradıcılarını yoldan çıxaran ilana bənzədərək əlavə edib ki, o, Həvvanı həqiqətə o qədər də uyğun olmayan məulmatla inandıraraq, xeyir və şəri dərk edən ağacın meyvəsini yemək üçün dilə tutub.

13 Dekabr 2019 Əhməd Davudoğlu yeni partiya qurdu - Hakimiyyətə gəlmə istəyir
13 Dekabr 2019 Zaur Baxşəliyev cinayət məsuliyyətinə cəlb edilə bilər
13 Dekabr 2019 Yanvarın 1-dən 50 AZN ödəməlisiz, əks halda 30 AZN cərimə ödəyəcəksiz
12 Dekabr 2019 Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama: “Əla nümunədir”
12 Dekabr 2019 İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTO
11 Dekabr 2019 Vilayət Eyvazov mayora yeni vəzifə verdi
11 Dekabr 2019 “YAP-ın namizədlər siyahısında yeni simalar olacaq” - Əli Əhmədov
11 Dekabr 2019 Bakıda dəhşətli qəza: "Kamaz" 2 tələbənin üzərindən keçdi - ANBAAN VİDEO
10 Dekabr 2019 Vilayət Eyvazovdan yeni - TƏYİNAT
10 Dekabr 2019 “ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
09 Dekabr 2019 Beşinci çağırış Milli Məclisin ən fəal deputatları - Adlar açıqlandı
09 Dekabr 2019 Rumıniyalı müğənni Azərbaycanda deputat olmaq istəyir
06 Dekabr 2019 Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ DETALLAR
05 Dekabr 2019 Azərbaycanda vəzifəli şəxsin əmlakına həbs qoyuldu
04 Dekabr 2019 Şəhid kapitanımızın övladı ilə ürək dağlayan son görüşü - VİDEO
03 Dekabr 2019 Prezidentin yüksək vəzifə verdiyi Daşqın İskəndərov kimdir? - DOSYE
02 Dekabr 2019 Nazirlər Kabinetinin yeni şöbələri - SİYAHI
02 Dekabr 2019 Milli Məclis bu gün parlamentin buraxılmasını müzakirə edəcək
28 Noyabr 2019 Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu təqaüdə göndərdi
27 Noyabr 2019 Pensiya almaq üçün nə etmək lazımdır? – Nazirlik açıqladı