0eb5033b1841c2a9d0868ab9e54b802c.jpg

Türkiyə prezidenti Ərdoğan ABŞ və Türkiyə arasında meydana gələn viza böhranı ilə bağlı çıxış edib.

Missiya.Az xəbər verir ki, Türkiyə prezidenti ABŞ-ın strateji ortaq olduğunu, lakin münasibətləri həddini bilməz səfirə görə qurban verilməsinin qəbuledilməz olduğunu bildirib.

“İş sözə gəldisə, böyük bir Amerikasan. Türkiyə Respublikasının prezidentini terror təşkilatının üzvləri ilə narahat edir və bu ölkənin vətənpərvər övladları onların qarşısını almaq istəyəndə, bizim övladlarımızı həbs edirsən. Terrorçuları isə bir neçə gün ərzində azad edirsən, o övladlarımız hələ də həbsdədir. Budurmu ədalət? Bunları onlara deyəndə təlimat verdik deyirlər, biz də təlimat verdik. İşi məhkəmədə olana deyil, onun xaricində olana verdik.

Böyük ABŞ-ı bir səfir idarə edirsə, yazıqlar olsun. “Sən mənim strateji müttəfiqimə belə deyə bilməzsən” demələri lazımdır. Səfir “hökumət adı ilə bu addımı atdım” deyirsə, hörmətli prezident də müdafiə edirsə, biz bu gün verdiyimizin qərarın sonunadək arxasındayıq.

Kimsənin Türkiyəyə hüquq dövləti dərsi verməyə haqqı yoxdur. Kandildeki terror baronları ilə birbaşa rabitə xətti quranlar bizə hüquq dərsi verə bilməz. Ədliyyə proseslərini tamamilə konstitusiya və qanunlara uyğun şəkildə aparırıq.

Diplomatik toxunulmazlığı olmayan bir şəxs ilə bağlı proses də müqavilələrə və Vyana anlaşmasına uyğun aparılır. Nə qohumlarının, nə də vəkilinin hər hansı görüş tələbi olmamışdır. Sadəcə dünən bir görüş istəməsi tələbini baş prokurorluğa çatdırmışdır. Problemi böyüdən əsla biz deyilik”.

Ərdoğan ABŞ-ın bunu belə də qəbul etməli olduğunu, Türkiyənin ABŞ-a ehtiyacı olmadığnıı qeyd edib.

 

23 Fevral 2018 Ərdoğanla Əsəd üz-üzə - Suriya ordusu vuruldu - VİDEO
22 Fevral 2018 Əsədin Afrinə girməsinə Ankaradan sərt reaksiya - Vəziyyət gərginləşir - VİDEO
22 Fevral 2018 Orduxandan ermənilərə dəstək - VİDEO
22 Fevral 2018 Nazir polkovniki nöqsanlarına görə işdən qovub
22 Fevral 2018 Prezidentdən əhalini sevindirəcək qərar - aylıq müavinətlər artırıldı
21 Fevral 2018 Erməni əsgər məzuniyyətdən qayıtdıqdan sonra hərbi hissədə ölüb
21 Fevral 2018 Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO
20 Fevral 2018 DQİ Şurasının üzvləri təyin edilib
20 Fevral 2018 Bu sürücülər 50 manat cərimələnəcək - Yeni qanun
20 Fevral 2018 Ərdoğandan Putinə ciddi xəbərdarlıq: "Nəticəsi pis olar" - VİDEO
20 Fevral 2018 Martın 20-nin ilaxır çərşənbəyə düşməsi çaşqınlıq yaradır? - RƏSMİ AÇIQLAMA
19 Fevral 2018 Bu şəxslərin maaşı artdı - 968 manat olub
19 Fevral 2018 Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər
17 Fevral 2018 Leyla Əliyeva tanınmış rəssamın sərgisində
17 Fevral 2018 Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 26 il ötür
16 Fevral 2018 Prezidentin köməkçisindən rusiyalı jurnalistə SƏRT REAKSİYA
16 Fevral 2018 Nazir yeni rəislər təyin etdi
16 Fevral 2018 Fazil Məmmədov adamlarını ələ verməyə başladı - Siyahı hazırlanır
16 Fevral 2018 Bu şəxslərin maaşı artırıldı
15 Fevral 2018 Mikayıl Cabbarov iki nəfəri işdən qovdu: rüşvət alarkən tutulublar