b_550_325_16777215_00_images_xeber_sekilleri_03oktyabr2017_408244108.jpg
“Hesab edirəm ki, AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi”.
 
Missiya.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün AŞPA-da Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən deyib.
 
“Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Cənab Torbyorn Yaqland baş katib olduğu  dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələdir.
 
Açıq aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin başa alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər”, - deyə Ə. Həsənov qeyd edib.  
 
Prezidentin köməkçisinin sözlərinə görə, bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir: “Əlbəttə bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri var və bundan sonra da öz yolu ilə irəliləməkdə davam edəcək.
 
Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir”.
 
Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında  həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.
23 Fevral 2018 Ərdoğanla Əsəd üz-üzə - Suriya ordusu vuruldu - VİDEO
22 Fevral 2018 Əsədin Afrinə girməsinə Ankaradan sərt reaksiya - Vəziyyət gərginləşir - VİDEO
22 Fevral 2018 Orduxandan ermənilərə dəstək - VİDEO
22 Fevral 2018 Nazir polkovniki nöqsanlarına görə işdən qovub
22 Fevral 2018 Prezidentdən əhalini sevindirəcək qərar - aylıq müavinətlər artırıldı
21 Fevral 2018 Erməni əsgər məzuniyyətdən qayıtdıqdan sonra hərbi hissədə ölüb
21 Fevral 2018 Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO
20 Fevral 2018 DQİ Şurasının üzvləri təyin edilib
20 Fevral 2018 Bu sürücülər 50 manat cərimələnəcək - Yeni qanun
20 Fevral 2018 Ərdoğandan Putinə ciddi xəbərdarlıq: "Nəticəsi pis olar" - VİDEO
20 Fevral 2018 Martın 20-nin ilaxır çərşənbəyə düşməsi çaşqınlıq yaradır? - RƏSMİ AÇIQLAMA
19 Fevral 2018 Bu şəxslərin maaşı artdı - 968 manat olub
19 Fevral 2018 Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər
17 Fevral 2018 Leyla Əliyeva tanınmış rəssamın sərgisində
17 Fevral 2018 Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 26 il ötür
16 Fevral 2018 Prezidentin köməkçisindən rusiyalı jurnalistə SƏRT REAKSİYA
16 Fevral 2018 Nazir yeni rəislər təyin etdi
16 Fevral 2018 Fazil Məmmədov adamlarını ələ verməyə başladı - Siyahı hazırlanır
16 Fevral 2018 Bu şəxslərin maaşı artırıldı
15 Fevral 2018 Mikayıl Cabbarov iki nəfəri işdən qovdu: rüşvət alarkən tutulublar