b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_qaziantephucum.jpg

Türkiyənin Qaziantep şəhərində polis növbəti dəfə  terrorçuların hücumuna məruz qalıb.

Missiya.Az yerli mətbuata istinadən xəbər verir ki, 3 terrorçu şəhərdə avtomobillə reyd keçirən polisə atəş açıb.

Qaziantepin Şahinbey rayonunda avtomobillə gedən terrorçular nəzarət buraxılış məntəqəsində olan polislərə atəş açıb. Polisin təqibinə məruz qalan terrorçular qaçmağa cəhd edərkən qəza törədiblər. Bu vaxt terrorçulardan biri silahla vurularaq ələ keçirilib, digər ikisi isə qaçmağa müvəffəq olub.  

Təhlükəsizlik qüvvələri qaçan terrorçuların ələ keçirilməsi üçün bölgədə əməliyyatlara başlayıb. Qaçan şübhəlilərin həmin gün Qaziantep polis idarəsinə hücum edən terrorçularla əlaqəsi olduğu güman edilir.  

Qeyd edək ki, ötən gün Qaziantep polis idarəsinin qarşısında polislərlə terrorçular arasında silahlı insident olub. Atışmada 1 terrorçu güllə ilə vurularaq öldürülüb, 2 terrorçu isə qaçmağa çalışdıqları avtomobildə ələ keçiriliblər. Polis 1 terrorçunun da qaçmağa müvəffəq olduğunu güman edir. İnsident zamanı 1 polis əməkdaşı yüngül xəsarət alıb. 

21 İyul 2017 Dollar Trampın fəaliyyətinin araşdırılması səbəbindən ucuzlaşır
17 İyul 2017 Türkiyədə fövqəladə vəziyyət uzadılıb
17 İyul 2017 "İŞİD lideri Bağdadi sağdır" - İDDİA
15 İyul 2017 İran metrosunda din xadiminə hücum: 1 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO
13 İyul 2017 Eyfel qülləsi Trampa görə bağlandı
13 İyul 2017 Putinin avtomobilində arxa oturacaqda əyləşən qırmızı libaslı qadın kimdir? - VİDEO
12 İyul 2017 WhatsApp-dakı bu videolara görə kütləvi həbslər başladı
11 İyul 2017 Putin onu öldürmək istəyən şəxsi bağışlayacaq? - FOTO
11 İyul 2017 Bağdadinin ölümünü təsdiqləyən FOTO
10 İyul 2017 Ərdoğan: "Cənub Qaz Dəhlizi" Türkiyə üçün prioritetdir
08 İyul 2017 Hava limanında təyyarənin qəza anı kameraya düşdü - VİDEO
04 İyul 2017 Trampla Putinin görüşünün tarixi açıqlanıb
03 İyul 2017 Almaniyada avtobus qəzasında 18 sərnişin yanaraq öldü
30 İyun 2017 Ukraynanın ali medalı ilə təltif olunan azərbaycanlılar - SİYAHI
29 İyun 2017 Sarkisyan hökumət binasında etirazla qarşılandı
29 İyun 2017 Tramp xanım müxbirə söz atdı: "Gözəl bir gülüşü..." - VİDEO
27 İyun 2017 "Google"a tarixi cəza: 2.42 milyard avro
27 İyun 2017 Kiyevdə dəhşətli partlayış: bir nəfər ölüb, iki nəfər yaralanıb
27 İyun 2017 Türkiyə böyük müharibəyə başlayır
25 İyun 2017 Pakistanda yanacaqdoldurma çəni yanıb, 123 nəfər ölüb