b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_qrc-696x464.jpg

Hindistanın döyüş təyyarələri Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsindən Pakistan hava məkanını pozub.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Gafur Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, sərhəddən 5-6 kilometr Pakistanın hava məkanına daxil olan təyyarələr bu ölkənin qırıcılarının müdaxiləsindən sonra geri çəkiliblər. Hava məkanının pozuntusunda ümumilikdə 12 ədəd “Miraj 2000” qırıcısı iştirak edib.

Onlardan birinin tələsik şəkildə Pakistan tərəfinə bomba atdığı bildirilir. Bombanın fotolarını və qalıqlarını paylaşan Gafur heç bir maddi və insan itkisinin olmadığını qeyd edib.

Qeyd edək ki, hər iki dövlət nüvə silahına malikdir. Analitiklər hesab edirlər ki, ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma faciəli nəticələr doğura bilər.

Cammu və Kəşmirin ştatlarında müstəqillik və ya Pakistana birləşməni dəstəkləyən separatçılar aktiv fəaliyyət göstərirlər. Nyu-Dehli İslamabadı silahlı separatçılara dəstək verməkdə ittiham edir. İslamabad isə bu ittihamları rədd edir və bildirir ki, Kəşmir sakinləri öz hüquqları uğrunda müstəqil mübarizə aparırlar.

Hindistan və Pakistan arasında müsəlman əhalinin üstünlük təşkil etdiyi Kəşmir üzərində aparılan mübarizədə bu günə qədər 70 min insan həlak olub. 

19 Sentyabr 2019 Qırıcılar tarlada işləyənləri HƏDƏFƏ ALDI - 40 ölü, 40 yaralı
18 Sentyabr 2019 Ruhani husilərin Abqaiq neft zavodunu vurmasına münasibət bildirib: Səudiyyə kimi məktəbi vurmayıblar
13 Sentyabr 2019 Türkiyədə terror nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb
11 Sentyabr 2019 ABŞ prezidenti Con Boltonu istefaya göndərib
10 Sentyabr 2019 Tramp Ruhani ilə görüşünün mümkünlüyünü istisna etməyib
09 Sentyabr 2019 İsrail qırıcıları İran ordusunu BOMBALADI - Çox sayda ölü var
06 Sentyabr 2019 "Facebook" yeni tanışlıq xidməti istifadəyə verdi
05 Sentyabr 2019 İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi
04 Sentyabr 2019 Bəyin 28, gəlinin 9 yaşı var – Ölkəni silkələyən toy
02 Sentyabr 2019 Moskvada Lavrov və Zərif arasında görüş keçirlib
02 Sentyabr 2019 Almaniya Hitlerə görə üzr istədi
30 Avqust 2019 ABŞ-da fövqəladə vəziyyət ELAN EDİLDİ
27 Avqust 2019 Evləndikdən 5 dəqiqə sonra faciəvi şəkildə öldülər - FOTO
26 Avqust 2019 "S-400"lərin ikinci partiyası Türkiyəyə göndərilir - Tarix açıqlandı
23 Avqust 2019 Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb
21 Avqust 2019 Şoyqu Rusiyanın qərb sərhəddinin gücləndirildiyini açıqlayıb
20 Avqust 2019 İrandan Şimali Koreyaya çağırış: ABŞ-a inanmayın
17 Avqust 2019 Hindistan Pakistanla danışıqlar üçün şərtini açıqlayıb
15 Avqust 2019 Müsəlmanlara qarşı növbəti soyqırımı başlaya bilər - Baş nazir açıqladı
09 Avqust 2019 Almazbek Atambayevin cinayət işi üçün çəkilən fotosu yayıldı