b_550_325_16777215_00_images_xeber_sekilleri_06avgust2018_1523271661_700x390_0_700x390.jpg

Rəsmi Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaların bu gündən etibarən qüvvəyə minməsilə əlaqədar İran prezidenti Həsən Ruhani ABŞ-ı kəskin tənqid edib.

Missiya.Az xəbər verir ki, sanksiyaların bərpasının ardından İranın dövlət televiziyasında çıxış edən Ruhani ABŞ-ın bu addımını ölkəsinə qarşı “psixoloji müharibə” kampaniyası adlandırıb və Vaşinqtonun peşman olacağilə bağlı xəbərdarlıq edib.

“ABŞ bu sanksiyalarla iranlılar arasında nifaq salmaq, xalqımızı bölmək istəyir. Əgər sən düşmənsənsə və başqasının kürəyinə bıçaq sancaraq onunla danışıqlar aparmaq istədiyini deyirsənsə, o zaman birinci növbədə o bıçağı çıxarmalısan. Onlar İran xalqına qarşı psixoloji müharibəyə başlamaq istəyirlər. Lakin sanksiyalarla paralel danışıqların aparılması məntiqsizdir. İranın ABŞ-la yeni nüvə razılaşmasına dair danışıqlar aparmaq niyyəti yoxdur. Vaşinqton İrana qarşı sanskiya tətbiq etməyə peşman olacaq. ABŞ nüvə sazişindəki mövqeyinə geri dönməlidir.” – deyə Ruhani vurğulayıb.

Onu da əlavə edib ki, ABŞ prezidentinin heç bir ilkin şərt olmadan görüşmək təklifi sadəcə ABŞ-ın daxili siyasətinə hesablanıb və qarşıdakı seçkilərdə amerikalıların seçiminə təsir etmək məqsədi daşıyır.

Xatırladaq ki, bu gündən etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlanıb. Bununla əlaqədar İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisələri üçün kompüter proqramlarının ticarəti dayandırılacaq. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

08 Dekabr 2018 İtaliyada gecə klubunda izdiham - 6 ölü, 100 yaralı
07 Dekabr 2018 Rusiyalı qız keşişin üzərinə “kislota” atdı
06 Dekabr 2018 Dünyada ilk: Analığın transplantasiyasından körpə doğulub
05 Dekabr 2018 Messi gülüş hədəfi oldu - VİDEO/FOTO
01 Dekabr 2018 Gürcüstanda marixuana leqallaşdırıldı
01 Dekabr 2018 Ata Corc Buş vəfat etdi
30 Noyabr 2018 Bodrumda sel fəlakəti - VİDEO
28 Noyabr 2018 Moskvada ticarət mərkəzi və vağzal boşaldıldı
26 Noyabr 2018 Səudiyyəli jurnalistin cəsədi ərəb iş adamının Türkiyədəki villasında axtarıldı
26 Noyabr 2018 Türkiyədə helikopter qəzası: 4 şəhid, 1 yaralı - FOTO/VİDEO
26 Noyabr 2018 İranda güclü zəlzələ : 550 yaralı - VİDEO
24 Noyabr 2018 Moskvada biznes mərkəzi yola çökdü - VİDEO
22 Noyabr 2018 Aptekdə Putinin yanında dayanan qadın onu tanımayıbmış – VİDEO
21 Noyabr 2018 Daha bir ərəb dövləti səfirini Suriyaya göndərir
19 Noyabr 2018 Fransada etirazlar: yüzlərlə insan xəsarət alıb - FOTO/VİDEO
19 Noyabr 2018 Litva prezidentinin səfəri təyyarə nasazlığı ucbatından baş tutmadı
16 Noyabr 2018 ABŞ Gülənlə bağlı iddiaları inkar etdi
16 Noyabr 2018 Küveyt hava limanı su altında qalıb - VİDEO
15 Noyabr 2018 Ramzan Kadırov 5 yaşlı uşağa “Mercedes” bağışladı - VİDEO
14 Noyabr 2018 Dayverlər nəhəng dəniz soxulcanına rast gəldilər - VİDEO