b_550_325_16777215_00_images_xeber_sekilleri_12aprel2018_asad_8361d.jpg

Bəşər Əsəd Rusiya Dövlət Dumasının deputatları ilə görüşü zamanı bildirib ki, beynəlxalq koalisiya tərəfindən atılan növbəti raket zərbələrindən sonra ölkə iqtisadiyyatının bərpasına 400 milyard dollar lazımdır.

Missiya.Az xəbər verir ki, Suriya prezidenti belə hesab edir ki, bununla ilk növbədə Rusiya şirkətləri məşğul olmalıdırlar və buna 10 ildən 15 ilədək vaxt tələb olunur.

Sivilizasiya Dialoqu İnstitutunun araşdırmalar üzrə rəhbəri Aleksandr Malaşenkonun fikrincə, Bəşər Əsəd ABŞ və onun müttəfiqlərinin zərbələrindən sonra öz xalqının əhvalını yüksəldib.

“Bu məbləğ hamı üçün ağlasığmazdır. Rusiya üçün isə, ümumiyyətlə, reallıqdan kənardır. Düşünürəm ki, Rusiya və İrandan başqa hər kəs, bunu (zərəri ödəməyi – red.) yalnız bir şərtlə  - Bəşər Əsəd hakimiyyətdən gedəcəyi halda edəcəklər”, - Malaşenko deyib.

Siyasi analitik Denis Korkodinov əmindir ki, investisiyanın lazımi payını belə tələsik müəyyənləşdirmək, “loyallığa görə qiymət cədvəlini qeyd etmək” istəyi ilə izah edilə bilər.

“Görünür, Əsəd öz müttəfiqinə şübhə edir və ola bilsin ki, qərb partnyorlarının qarşısında boyun əyməyə hazırdır. Lakin onun Moskvaya olan xeyirxah münasibəti Rusiyanın maliyyə köməyinin qarantiyası olduğu müddətdə davam edəcək”, - Denis Korkodinov bildirib.

Onun sözlərinə görə, Suriya liderinin sözləri ultimativ xarakter aldıqda, Rusiya dövlət büdcəsinin zəif olmasına baxmayaraq, imtina edə bilməyəcək. 

Bununla yanaşı, müxtəlif hərbi müəssisələr arasında informasiya qarşıdurması davam edir.

Suriya Baş Qərargahı bildirir ki, ABŞ, Böyük Brtitaniya və Fransa ümumilikdə 110 raket buraxıblar və onların çox hissəsi vurulub. Pentaqon deyir ki, 105 ədəd müxtəlif tipli raket olub, onlar üç mövqeyi dağıdıblar və heç bir raket ələ keçirilməyib.

Rusiya Müdafiə Nazirliyi açıqlayır ki, “hava-yer” sinfinə aid qanadlı aviasiya raketlərinin mühüm hissəsi hədəfə çatmamış vurulub. Müstəqil analitiklər isə deyirlər ki, şəkillərdə yalnız vurulmuş Britaniya raketi “Storm Shadow”nu dəqiq müəyyənləşdirmək olar.

İlkin
Missiya.Az

25 Aprel 2018 Qəzəbli kütlə Sarkisyanın qalasına hücuma keçdi
24 Aprel 2018 Qızın geyimi metroda sərnişinləri şoka saldı – FOTO
24 Aprel 2018 Ermənistanda vitse-prezident öldürüldü
23 Aprel 2018 Nikol Paşinyan azad edildi-Sarkisyan geri addım atdı
23 Aprel 2018 Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi
21 Aprel 2018 Səudiyyə Yəməndə mülki əhalini hədəf aldı: 14 ölü, 4 yaralı
20 Aprel 2018 Dəmir axtarırdı - Əsirlərdir gizli qalan xəzinə tapdı - FOTO
19 Aprel 2018 Trampın "ağıllı raketləri" Moskvaya göndərilib
18 Aprel 2018 Türkiyə növbədənkənar seçkilərə gedir
18 Aprel 2018 ABŞ-ın keçmiş ledisi vəfat etdi
17 Aprel 2018 Suriya yenidən bombalandı - VİDEO
13 Aprel 2018 Kadırovdan maraqlı təklif: "Putin əbədi prezident olsun"
12 Aprel 2018 Dünyanın ən böyük məscidi İstanbulda tikilib – VİDEO
11 Aprel 2018 Əlcəzairdə təyyarə qəzası: 200 hərbçi ölüb - VİDEO
10 Aprel 2018 Yunanlar Türkiyə helikopterinə atəş açdı
09 Aprel 2018 Suriyada aviabazaya hücum - VİDEO
06 Aprel 2018 Putin 11 generalı işdən çıxardı
06 Aprel 2018 Ərdoğan “bitdi” demişdi – ABŞ-dan Ankaraya sensasiyalı təklif
04 Aprel 2018 Bu ölkədə ər-arvadın bir-birinin telefonuna baxması qadağan olundu
03 Aprel 2018 ABŞ Menbicdə 2 hərbi baza qurur - Türkiyəyə böyük zərbə