b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.jpg

Gəncədə müdhiş cinayət hadisəsi baş verib.

Missiya.Az-ın Gəncədəki mənbələrdən aldığı məlumata görə, şəhərdə uzun müddət valyuta mübadiləsilə məşğul olmuş şəxs bir neçə gün öncə ölkəni tərk edərək bəzi adamlara böyük bir şok yaşadıb. Belə ki, Sərdar adlı şəxs Şəhərin Heydər Əliyev Prospektində (Universamın yanında - Red) son aylar ərzində valyutadəyişmə məntəqəsi işlədib. Ölkədə banklardan kənar bu tip fəaliyyət növü ilə məşğul olmaq qadağan olsa da, “qəhrəmanımız” heç bir maneəyə rast gəlmədən dekabrın sonlarına qədər öz məntəqəsində valyuta mübadiləsi aparıb. Məlumat verən şəxslərin sözlərinə görə, şəhərdə yalnız haqqında bəhs etdiyimiz məntəqədə dollar almaq və satmaq mümkün olub. “Hətta banklarda belə dollar alış-verişi olmadığı halda, həmin məntəqədə insanlar çox rahat şəkildə dollarla əməliyyatlar apara bilirdilər. Açığı bu, hamı üçün bir qədər təəccüblü idi” – deyən mənbələrdən biri əlavə edib ki, gün ərzində həmin məntəqədə külli miqdarda dollar dövriyyə edib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_201.jpg

Nəhayət dekabrın son günlərinin birində həmin məntəqə fəaliyyətini dayandırıb. Bir neçə gündən sonra isə məlum olub ki, məntəqənin sahibi külli miqdarda vəsaiti mənimsəyərək ölkəni tərk edib. Məlumata görə, söhbət təxminən 10 milyon manatdan gedir. Maraqlıdır ki, pullarla birgə yoxa çıxan adam bir qədər əvvəl ailə üzvlərini də ölkədən çıxarıb. Mənbələr bildirib ki, indi həmin “bacarıqlı oğlanı” çoxları axtarır və onların arasında şəhərin tanınmış simaları, iş adamları və hətta məmurlar da var. Belə ki, əldə etdiyimiz məlumata görə, hazırda bərk narahatlıq içində "qəhrəman" valyuta mübadiləçisini axtaran adamlar ona “qara bazar”da dövriyyəyə buraxmaq üçün böyük məbləğdə dollar və manat veriblər. Onların bəzilərinin kimliyi barədə məlumatımız olsa da, hələlik təfərrüata varmaq istəmirik.
Qeyd edək ki, mənimsənimiş vəsaitlərin müəəyən bir hissəsi də köçürmə əməliyyatlarına aid olub. 

Son məlumata görə, axtarışlar hələlik heç bir nəticə vermir. Külli miqdarda vəsaitlə birgə qeybə çəkilmiş “qəhrəmanı”nın yerini müəyyən etmək mümkün olmayıb. Maraqlıdır ki, axtarışlar qeyri-rəsmi şəkildə aparılır və baş vermiş hadisənin açıqlanmasına maraq göstərilmir. Bunun səbəbləri barədə ehtimallarımızı növbəti yazılarımızda təqdim edəcəyik. Hər halda haqqında bəhs olunan valyuta mübadiləsi məntəqəsinin heç bir maneəyə rast gəlmədən fəaliyyət göstərməsi çox maraqlıdır.

 
Murad
Missiya.Az

22 İyul 2017 Bakıda imtahan keçirilən universitet binasında yanğın başlayıb
22 İyul 2017 Naz neçə minə soyunacağından danışdı:"Sadəcə alt paltarlarını..." - VİDEO
22 İyul 2017 Bakıda maraqlı hadisə - Avtomobilin nömrəsinə “seks” yazıldı - FOTO
21 İyul 2017 Bakıda İNANILMAZ HADİSƏ: Qızılla dolu oyuncaq avtobusda qaldı
21 İyul 2017 Küçədə öpüşənlərə münasibətiniz? - SORĞU
21 İyul 2017 61 yaşlı kişi canavarı boğub öldürdü - VİDEO
21 İyul 2017 Azərbaycanlı müğənni Bodrumdakı zəlzələdən yazdı: "Dəhşətli bir gecə yaşadıq" - FOTO
21 İyul 2017 79 nömrəli avtobusun sürücü sərnişinlə əlbəyaxa oldu: "Çaqqal..." - VİDEO
21 İyul 2017 Azərbaycanlı müğənni Türkiyədə zəlzələ anını çəkdi: "Allaha qurban olum" - VİDEO
21 İyul 2017 Azərbaycanlı oğlanlar erməni qızı soyundurub oynadıblar + 18 VİDEO
21 İyul 2017 Azərbaycanlı aparıcı komaya düşdü - FOTO
21 İyul 2017 Türkiyədə güclü zəlzələ: Ölən və yaralananlar var - VİDEO
20 İyul 2017 "Porsche" ilə qəza törədən rəis oğlunun FOTOsu yayıldı
20 İyul 2017 Məşhur türk aktrisa vəfat etdi - FOTO
20 İyul 2017 Azərbaycanlı modelyer türk biznesmenlə nişanlandı - FOTO
20 İyul 2017 Məşhur boksçu avtomobili ilə gölməçəyə düşüb - FOTO
20 İyul 2017 Kürdəmirdə İYRƏNC HADİSƏ - Məktəbli oğlanı zorlayıb videoya çəkdilər
20 İyul 2017 Prezident jurnalistlərin mənzillərində -FOTOLAR
20 İyul 2017 Zabratda dəhşətli qəza - 07 yararsız hala düşdü - VİDEO
20 İyul 2017 Məşhur müğənni maşınını əzdi - VİDEO