b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_teleqraf.com1422440615140302_5352.jpg
Millət vəkili Qənirə Paşayeva və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Türkiyədə bir vaxtlar Əhməd bəy Ağaoğlunun adını daşımış küçənin yenidən bərpasına dair Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, baş nazir Binəli Yıldırım və Ankara Bələdiyyə Başkanı Melih Gökçekə bu gün müraciət ünvanlayıb. 
 
Missiya.Az həmin müraciəti təqdim edir:
 
Hörmətli Tayyib bəy!

Müraciətimizə bir az tarixdən başlamaq istəyirik. 1918-ci ildə Azərbaycanın istiqlalının əldə olunmasında müasir Türkiyənin siyasi varisi olan Osmanlı dövlətinin oynadığı rol olduqca böyükdür. Bu barədə geniş izahata ehtiyac yoxdur. Çanakkale mücadilesində, Türkiyənin istiqlal savaşında da Azərbaycan xalqının göstərdiyi dəstəyin də tarixdə örnəyi çox azdır. Bu barədə müxtəlif tarix kitablarında, Türkiyə və Azərbaycan alimlərinin monoqrafiyalarında kifayət qədər faktlar var. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əhməd Cəfəroğlu kimi Azərbaycan türkləri Türkiyənin istiqlal savaşının əsas öncüllərindən, həm də ideoloqlarındandır.

Bu gün erməni işğalı altında olan Şuşada 1869-cu ildə doğulan, Fransanın Sarbon Universitetində ali hüquq təhsili alan Əhməd bəy Ağaoğlu Türkiyənin ictimai-siyasi həyatında böyük rol oynayıb, 1914-cu ildə Afyondan millət vəkili seçilib. Atatürkün yaxın silahdaşı kimi azadlıq savaşında əsas ideoloqlardan biri olub. 1923-cü ildə Qarsdan millət vəkili seçilib. Bir müddət Türkiyənin ümumi mətbuat müdiri vəzifəsində çalışıb, çoxsaylı qəzetlər, dərgilər çap edib. Milli qeyrət və fəaliyyətinə görə Maltada sürgün həyatı yaşayıb. Ə.Ağaoğlu Türkiyənin rəsmi dövlət qəzeti "Hakimiyyəti-milliyə”nin baş redaktoru kimi ideoloji savaş aparıb. Atatürkün rəhbərliyi ilə Ana Yasanın yazılmasında yaxından iştirak edib. Bu gün də Türkiyənin Ana Yasasının əsas sütunu olan "Hakimiyyət millətə məxsusdur” prinsipinin əsas müəlliflərindəndir. Ə.Ağaoğlu Türkiyənin ilk hüquq professorudur. Vaxtı ilə onun yazdığı kitablardan Türkiyə ali məktəblərində bu gün də istifadə olunur. Ə.Ağaoğlu bu gün də dünyaya həqiqətləri çatdıran Anadolu Agentliyinin təsisçisi və ilk qurucusudur.

Hörmətli Tayyib bəy!

Ə.Ağaoğlu barədə bu qısa xatırlatmanı ona görə etdik ki, 1939-cu ildə ölümündən sonra Türkiyədə onun adıəbədiləşdirilib. Çankaya ətrafındakı küçələrdən biri Ə.Ağaoğlunun adını daşıyıb, lakin 1970-ci illərdən sonra küçənin adı dəyişdirilərək Vyana adlandırılıb. Əhməd bəyin övladları, Türkiyənin ilk qadın hüquqşünası Sürəyya Ağaoğlu, Türkiyənin ticarət və sənaye naziri, bir müddət baş nazirin müavini kimi çalışan və bu gün də adı hörmətlə çəkilən Samed Ağaoğlu dəfələrlə hakimiyyət orqanlarına ədalətin bərpa olunması üçün müraciət etsələr də nəticəsi olmayıb. Bu barədə Sürəyya Ağaoğlu "Bir ömür böylə keçdi” memuarında ətraflı yazıb, baş nazir, Cümhuriyyət Xalq Partiyası sədri Bülənt Ecevitə, Ankara Bələdiyyə başkanı Vedat Dalokoya yazdığı və aldığı məktubları dərc edib.

Hörmətli Tayyib bəy!

İnanırıq ki, Sizin göstərişiniz sayəsində həqiqət bərpa olunacaq, Türkiyə və Azərbaycan Cümhuriyyətlərinin qurulmasında əvəzsiz rol oynayan mütəfəkkir Əhməd bəy Ağaoğlunun adı yenidən əbədiləşdiriləcək.
Hörmətlə
 
Qənirə Paşayeva
Millət vəkili, ABAİ-nin sədri
Akif Aşırlı
"Şərq” qəzetinin baş redaktoru.
26 İyul 2017 Bakı metrosunda sərnişinlə polis arasında mübahisə - VİDEO
26 İyul 2017 Bakıda biabırçılıq: avtobusa pomidor-xiyar yüklədilər, sərnişinlər isə... - VİDEO
26 İyul 2017 Üç uşağını atıb qaçan qadının əri danışdı - VİDEO
25 İyul 2017 Bakı-Supsa ilə bağlı təhlükə - Rusiya kəməri nəzarətə götürdü?
24 İyul 2017 Səyyar “ASAN xidmət” bu rayonlarda olacaq
24 İyul 2017 Ukraynadakı səfirimiz oğurlanan azərbaycanlı biznesmenlərdən danışdı
24 İyul 2017 “Güzəştli mənzil” əldə etmək istəyənlərə ŞAD XƏBƏR
24 İyul 2017 Xalq artisti ölkəni həmişəlik tərk etdi
22 İyul 2017 Əli Həsənov: “Üzdən iraqlar ev bölgüsünə kölgə salmağa çalışırlar”
22 İyul 2017 Prezident mətbuat günü ilə bağlı paylaşım etdi - FOTO
21 İyul 2017 Şuşa bu gün: Ermənilər çadırlar qurub istirahət edir - VİDEO
21 İyul 2017 Türkiyədə ŞOK: Zəlzələdən sonra sunami oldu - VİDEO
20 İyul 2017 Abutalıbovun müavini vəfat etdi - İstirahət edərkən...
20 İyul 2017 "28 Mall"da ermənipərəst turisti paltarını çıxarmağa məcbur etdilər - FOTO
20 İyul 2017 Ev alan jurnalistlər prezidentlə selfi etdi - FOTO
19 İyul 2017 Azərbaycanda qeyri-adi adam: "Şampan butulkasını bütöv yemişəm"
19 İyul 2017 Ağsuda Qafqaz gürzəsi öldürüldü - 2.60 metr - FOTO
18 İyul 2017 Putindən nazirlərə dondurma qonaqlığı - VİDEO
18 İyul 2017 Aprel döyüşlərinin qəhrəmanları rəsm əsərlərində - JEM-dən layihə
18 İyul 2017 Bakı Metropolitenindən "şortik" geyinən qızın döyülməsi barədə açıqlama