b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_reduu1.jpg

Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədovun və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gənclər birliyinin birgə təşəbbüsü ilə rayonun fəal gənclərinin iştirakıyla görüş keçirilib .Beləki, “Vətənin müdafiəsi üçün hər birimiz əsgərik” başlığı altında baş tutan görüşdə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və Daşkəsən, Göygöl, Samux, Yevlax, Tərtər, Bərdə, Goranboy rayonlarında müvəqqəti məskunlaşmış kəlbəcərli gənclər videokonfransa qoşulmuş və mövzu ətrafında öz fikirlərini bildirmişdirlər.

Görüşdə çıxış edən hörmətli millət vəkili Aqil Məmmədov gənclərə səslənərək qeyd etmişdir ki, hər bir vətəndaş peşəsindən, vəzifəsindən, statusundan və tutuduğu mövqedən asılı olmayaraq öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir.Vətənə əsgər olmaq təkcə səngərdə əldə silahla vətəni müdafiə etməklə deyil eyni zamanda çalışdığı, təhsil aldığı yerdə xalq, dövlətə ləyaqətlə xidmət etməkdir.Gənclərimiz dövlətimizin apardığı uğurlu siyasəti, əldə olunan sabitliyi xalqa çatdırmaq üçün təbliğatçı olmalı, sosial şəbəkələrdə ölkəmizə qarşı, dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu dövlət siyasətinə kölgə salmağa çalışanlara qarşı mübarizə aparmalıdır.Dövlətimizin inkişafı üçün öz töhvələrini verməlidirlər. Millət Vəkili son zamanlarda ölkəmizdə baş verən ictimai-siyasi vəziyyət barədə gənclərə əhatəli məlumat vermiş, hadisələri analiz etmişdir.Ölkədə koronavirusla aparılan effektiv mübarizədən söz açan Millət Vəkili bildirmişdir ki, ölkə başçısı möhtərəm cənab prezident İlham Əliyevin düzgün və vaxtında atdığı ciddi adımlar sayəsində virusun ölkəmizdə geniş yayılmasının qarşı alınmış , uğurlu nəticələr əldə olunmuşdur.

Cəbhənin Tovuz istiqamətində düşmən hücumunun qarşısının ləyaqətlə alındığını diqqətə çatdıran Aqil Məmmədov qeyd etmişdir ki, on minlərlə gənc vətənpərvər öz torpaqlarının ərazi bütövlüyü uğrunda səfərbərlik xidmətinə müraciət edərək düşmənə qarşı döyüşmək üçün hazır olduqlarını bildirmişdir. Gənclərimizin meydana axışaraq Ali Baş Komandanına və əsgərinə dəstəyinin ifadə etməsi düşməndə xof yaratmışdır.Torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edən hörmətli millət vəkili bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaq, onların xatirəsi əziz tutulacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, qətiyyəti və iradəsi nəticəsində torpaqlarımız tezliklə düşmən işğalından azad olunacaq və məcburi köçkün həyatı yaşayan soydaşlarımız öz doğma yurd yuvalarına qayıdacaqdır.

Görüşdə çıxış edən digər iştirakçılar onlarla görüşə gəldiyinə görə hörmətli Aqil Məmmədova öz minnətdarlıqlarını bildirmiş, və əminkilə vurğulamışdırlar ki, bundan sonrada Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq dövlət başçsı cənab İlham Əliyevin siyasi xəttini dəstəkləyərək dövət və dövlətçiliyə, xalqa ləyaqətlə xidmət edəcəklər.Görüşdən məmnun qaldığını bildirən hörmətli millət vəkili A.Məmmədov belə tədbirlərin silsilə xarakter daşıyacağını bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_reduu.jpg

29 Oktyabr 2020 "Onlar döyüş meydanlarından qorxaraq qaçırlar" -Hikmət Hacıyev
29 Oktyabr 2020 Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüsü - VİDEO
29 Oktyabr 2020 Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Döyüşdən imtina
28 Oktyabr 2020 Bərdədə insanlıq dramı - Qan donduran FOTOLAR
28 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan insanları bombacıqlarla öldürməsindən heç bir dərs çıxarmayıb”
27 Oktyabr 2020 Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
27 Oktyabr 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma
27 Oktyabr 2020 "İham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!" - Namiq Muradov
27 Oktyabr 2020 Xalq artistinin qardaşı oğlu şəhid oldu - FOTO
27 Oktyabr 2020 İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandıracağını açıqlayıb
26 Oktyabr 2020 Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
26 Oktyabr 2020 İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”
26 Oktyabr 2020 Birinci vitse-prezidentin köməkçisi: “Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir”
26 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır” - FOTO
25 Oktyabr 2020 Otuz illik həsrətimiz sona çatır
24 Oktyabr 2020 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO
24 Oktyabr 2020 Hikmət Hacıyev: “Terrorun növbəti qurbanı Rusiya vətəndaşı olub” - FOTO
24 Oktyabr 2020 Düşmənin zərbə PUA-sı ələ keçirilib - FOTO
23 Oktyabr 2020 Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi
23 Oktyabr 2020 Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ