b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ghghgtytytytyt.jpg
“Dövlət səfəri ölkələrarası münasibətlərin ən yüksək həddini ifadə edir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacızadə Azərbaycan Televiziyasının “Həftə” analitik-informasiya proqramında deyib.

H.Hacızadə dövlət səfərinin məramını açıqlayıb: “Ölkələr arasında həyata keçirilən səfərləri təsnif etsək, burada birinci növbədə ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Ondan sonra rəsmi səfərlər, rəsmi işgüzar səfərlər, işgüzar səfərlər, qonaq səfərləri və şəxsi səfərlər gəlir.

Dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada ümumi xarakter daşıyan məramlarla bərabər, hər bir ölkənin özünün adət-ənənələrindən, qaydalarından çıxış edərək xüsusi mərasimlər təşkil olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir”.

Prezidentinin Administrasiyasının şöbə müdiri qeyd edib ki, Prezident İlham Əliyevin İtaliya Respublikasına səfərinin dövlət səfəri səviyyəsində həyata keçirilməsi İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyəsini özündə ehtiva edir: “2018-ci ildə də İtaliya prezidenti Azərbaycana dövlət səfərinə gəlmişdi. Qarşılıqlı şəkildə həyata keçirilən bu səfərlər ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyəsini özündə ehtiva edir. Dövlətimizin başçısının İtaliya Respublikasına səfəri çərçivəsində həyata keçirilən məasimlərə və protokol xarakterli tədbirlərə baxdıqda görünür ki, burada hər bir element İtaliya ilə Azərbaycan arasındakı dostluğu özündə təcəssüm etdirir. Qarşılama mərasimi, hətta yolasalma mərasimi, ali səviyyədə təçkil olunan görüşlər və s.”.



04 Aprel 2020 Heydər Əliyev Mərkəzindən Çinə maraqlı dəstək - VİDEO
03 Aprel 2020 “Azəriqaz” koronavirusla mübarizəyə vəsait ayırdı
02 Aprel 2020 Mehriban Əliyevadan Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO
31 Mart 2020 Bakı metrosu bu gün bağlanır - QƏRAR
28 Mart 2020 Sabahdan koronavirus xəstələri “Yeni klinika”ya yerləşdiriləcək
28 Mart 2020 “Sky Residence” şirkəti də Prezidentin çağırışına qoşuldu - FOTO
27 Mart 2020 ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı – VİDEO – FOTO
25 Mart 2020 Gəncə Regional Mədəniyyət İdarəsindən nümunəvi addım - VİDEO
24 Mart 2020 Jurnalist koronavirusla mübarizəyə cəlb olunmaq üçün TƏBİB-ə müraciət etdi
23 Mart 2020 JEM-dən koronavirusla bağlı bəyanat - MƏTN
22 Mart 2020 ATV #EVDƏQAL həştəqini loqosu ilə eyniləşdirdi - FOTO
21 Mart 2020 “Feysbuk”da koronavirusla bağlı uydurma məlumatlar yerləşdirən şəxs müəyyən edilib
20 Mart 2020 ATV telekanalının yayımında dəyişiklik olub
20 Mart 2020 Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - Nazirdən AÇIQLAMA
19 Mart 2020 Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı - FƏRMAN
19 Mart 2020 "Lider TV"-dən koronavirusla bağlı maraqlə VİDEOÇARX
17 Mart 2020 Koronavirusun müalicəsi zamanı bu dərmanı için - ÜST
16 Mart 2020 AMEA: Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
16 Mart 2020 Bakıya giriş-çıxış bağlanır? — RƏSMİ AÇIQLAMA
11 Mart 2020 "Ermənistan və xaricdəki erməni lobbisi bu güclərin başında dayanır" - Tural İsmayılov