b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dgfgfgfghfgh.jpg
Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir.
 
Missiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşü zamanı deyib.
 
Dövlət başçısı bildirib: "Mən MEDEF-dən belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın yaxşı nümunəsidir. Bilirsiniz ki, mən Parisdə və Bakıda MEDEF-in üzvləri ilə dəfələrlə görüşmüşəm. Üç il əvvəl böyük bir nümayəndə heyətinin səfərini xatırlayıram və indi müxtəlif şirkətlərin 40 nümayəndəsi ölkəmizdə səfərdədir. Bu, həqiqətən də tərəfdaşlığımızın çox yaxşı nümunəsidir. Bu, Azərbaycanda fəaliyyət göstərməyə böyük marağın olduğunu nümayiş etdirir. Sizin təmsil etdiyiniz bir çox şirkətlər ölkəmizdə müxtəlif layihələrdə artıq iştirak edir.
 
Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq.
 
Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirdi ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. "Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir", - deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycanda bir çox görüşlər keçirəcəyini deyərək səfərin çox səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi".
20 Avqust 2019 Deputatın oğlunun həbsinin pərdəarxası - İlginc faktlar
10 Avqust 2019 Sabah yağış yağacaq, güclü külək əsəcək
09 Avqust 2019 Ali məktəblərdə 5785 plan yeri boş qalıb
09 Avqust 2019 Şəki Xan Sarayına giriş bərpa olunub
31 İyul 2019 Qəzaya uğramış MİQ-29 təyyarəsi haqda YENİ XƏBƏR
29 İyul 2019 Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR
15 İyul 2019 Şəkidə Xan Çinarının budaqlarının qırılmasının ilkin səbəbi məlum olub
14 İyul 2019 Şəki Xan sarayında Xan çinarın budağı qırılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB
13 İyul 2019 Su-25 hücum təyyarələrimizdən raket zərbələri - VİDEO
11 İyul 2019 Ukraynalı aparıcının Bakıda oteldə yataq görüntüləri yayıldı - VİDEO
08 İyul 2019 Prezidentdən daha bir Xalq artistinə mənzil hədiyyəsi
08 İyul 2019 Bu şəxslərin maaşı 50 faiz artır
06 İyul 2019 Prezident: Bu il altı mindən çox köçkün ailəsinə yeni mənzillər veriləcək
26 İyun 2019 LDU-də məzun günü - FOTOLAR
24 İyun 2019 Azərbaycanda əjdaha başlı ilan tapıldı - FOTO
22 İyun 2019 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI
21 İyun 2019 Zakir Qarolov onu hərbi prokuror təyin etdi - ƏMR
19 İyun 2019 Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə
13 İyun 2019 Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin saytı yaradır
11 İyun 2019 Bakıda yeni metro stansiyası istifadəyə veriləcək