b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_kiraye.jpg

Azərbaycan Prezidenti İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib. 

Bu dəyişikliklərdə nələr nəzərdə tutulur və nə zamandan vətəndaşlar satın almaq məqsədilə kirayə mənzilə sahib ola biləcəklər?

Məsələyə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında aydınlıq gətirib. 

Onun sözlərinə görə, son fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir. 

“Bu, o deməkdir ki, yaxın zamanlarda artıq vətəndaşlarımız kirayə məzilə müraciət edə biləcəklər.

Yeni fərmanda kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli bütün qanunvericiliyə daxil olundu və bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir. Eyni zamanda, elektron ipoteka portalında da kirayə mənzillərə müraciət formalaşdırılacaq.

Fondun təklif edəcəyi mənzillərlə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də, mənzil parametrləri üzrə məlumatları axtarış sistemi vasitəsilə əldə etməsidir.

Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçiriləcək”.

Eskpert evi kirayə götürmək üçün isə tələb olunacaq sənədləri də sadalayıb. 

“Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi, vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi, iş yerini və gəlirlərini təsdiq edən məlumatlar, ailə tərkibi barədə məlumatlar, kredit bürolarında saxlanılan məlumatları, sosial sığorta ödənişləri barədə məlumatlar və məhkumluğunun olması (olmaması) barədə məlumatlar tələb olunacaq.

Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq.

Digər vacib dəyişiklik kirayə mənzilə müraciətin yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin, “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəyidir. Vətəndaşlar “ASAN xidmət” mərkəzləri vasitəsilə kirayə evlərə müraciət edə biləcəklər”.

Oxu.az

20 Avqust 2019 Deputatın oğlunun həbsinin pərdəarxası - İlginc faktlar
10 Avqust 2019 Sabah yağış yağacaq, güclü külək əsəcək
09 Avqust 2019 Ali məktəblərdə 5785 plan yeri boş qalıb
09 Avqust 2019 Şəki Xan Sarayına giriş bərpa olunub
31 İyul 2019 Qəzaya uğramış MİQ-29 təyyarəsi haqda YENİ XƏBƏR
29 İyul 2019 Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR
15 İyul 2019 Şəkidə Xan Çinarının budaqlarının qırılmasının ilkin səbəbi məlum olub
14 İyul 2019 Şəki Xan sarayında Xan çinarın budağı qırılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB
13 İyul 2019 Su-25 hücum təyyarələrimizdən raket zərbələri - VİDEO
11 İyul 2019 Ukraynalı aparıcının Bakıda oteldə yataq görüntüləri yayıldı - VİDEO
10 İyul 2019 İlham Əliyev: Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir
08 İyul 2019 Prezidentdən daha bir Xalq artistinə mənzil hədiyyəsi
08 İyul 2019 Bu şəxslərin maaşı 50 faiz artır
06 İyul 2019 Prezident: Bu il altı mindən çox köçkün ailəsinə yeni mənzillər veriləcək
26 İyun 2019 LDU-də məzun günü - FOTOLAR
24 İyun 2019 Azərbaycanda əjdaha başlı ilan tapıldı - FOTO
22 İyun 2019 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI
21 İyun 2019 Zakir Qarolov onu hərbi prokuror təyin etdi - ƏMR
19 İyun 2019 Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə
13 İyun 2019 Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin saytı yaradır