b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_boeing-737-max.jpg

Azərbaycan “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin bəyanatında deyilir:

“Biz rəsmi olaraq “Boeing 737 MAX-8” təyyarələrinin alışı planından imtina etmişik. Bu qərar həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır və müvafiq müqaviləni ləğv etdik”.

Xatırladaq ki, 2017-ci ilin aprelində Azərbaycanın “Silk Way Airline” aviaşirkəti və “Boeing” arasında 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alışı haqqında müqavilə imzalanmışdı. Bu hava gəmilərinin operatoru AZAL şirkəti olmalı idi. Razılaşmanın ümumi dəyəri təqribən bir milyard dollar təşkil edirdi. Azərbaycan müqavilə çərçivəsində təyyarələri üç il ərzində əldə etməli idi.

Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də, “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.

Qeyd edək ki, son yarım il ərzində “Boeing 737 MAX” avialaynerinin iştirakı ilə iki qəza baş verib, ümumilikdə 346 nəfər həlak olub.

Mart ayının 10-da Əddis-Əbəbədən çıxan Efiopiya hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həyatını itirib. Qurbanlar arasında 33 ölkənin vətəndaşları yer alır.

Qəzadan sonra dünyanın 30-dan çox aviaşirkəti 737 MAX təyyarələrindən istifadədən imtina edib. Avropa İttifaqı, ABŞ, Rusiya və başqa ölkələr öz hava məkanlarında bu modeldən olan təyyarələrin uçuşuna qadağa qoyub.

10 Dekabr 2019 "Azərbaycanda könüllülük hərəkatı böyük bir bum halını alıb" - Siyasi şərhçi
09 Dekabr 2019 Yollarda sürət həddi azaldıldı
05 Dekabr 2019 "Günay anama onu etsə, üstündən xətt çəkərəm" - Zaur
03 Dekabr 2019 PA-da daha bir - TƏYİNAT
02 Dekabr 2019 Aygün Kazımova qardaşının yas mərasimində - FOTO
25 Noyabr 2019 Bakı sakini yeni kombi düzəldib – Evi sutka ərzində 70 qəpiyə qızdırır – VİDEO
19 Noyabr 2019 Qaraçay-Çərkəz respublikasının müftisi ilə görüş olub - FOTOLAR
18 Noyabr 2019 Sabahın havası: Duman, yağış, külək olacaq
14 Noyabr 2019 Həbs olunanlardan biri Mədət Quliyevin işdən qovduğu rəisdir - FOTO
12 Noyabr 2019 Prezident millət vəkilini icra başçısı təyin etdi
08 Noyabr 2019 Metrodan qiymət artımı ilə bağlı xəbərlərə RƏSMİ CAVAB
07 Noyabr 2019 Qəribə təsadüf: Toyda doğulan azərbaycanlı, toyda da öldü - Adı da Toydadır
04 Noyabr 2019 Azərbaycanda canavarlar kəndə hücum etdi - ANBAAN VİDEO
01 Noyabr 2019 Azərbaycana qar yağdı - FOTO
31 Oktyabr 2019 Azərbaycanda 81 yaşlı icra başçısı istefa verdi - AUDİO
28 Oktyabr 2019 İlham Əliyev Ağdaş rayonunda
28 Oktyabr 2019 Rəşad Məcid: “Qələmsiz yazılanlar” həm də bəxt kitabıdır”
23 Oktyabr 2019 Nərmin Şahmarzadə ilə bağlı qərar verildi: Məhkəmə yekunlaşdı
21 Oktyabr 2019 Xalq artistinin həyat yoldaşı vəfat etdi
18 Oktyabr 2019 Vilayət Eyvazovdan yeni - TƏYİNAT