b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1535813355_qazisiqq.jpg
Millət vəkilləri belə bir qərarın vacibliyini bildirir.

Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olmayan mənzillərin qızdırılması üçün təbii qazdan istifadə olunur. Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, "ceyran peç”i və sair vasitəsilə evləri qızdırmağa çalışırlar.

Nəticədə ilin əvvəlində qaz limitini tükətmiş olurlar. Məlum olduğu kimi, təbii qazdan istifadə ilə bağlı qiyməti 10 qəpik olan 300 kubmetrlik limit bitəndən sonra, 1 kubmetr qazdan istifadə 20 qəpikdən hesablanır. Bu vəsaiti ödəyə bilməyən kəndlilər isə qaz xəttini bağlayaraq, meşələrə üz tutur, ağacları qıraraq, odun yandırmağa başlayırlar.

Bununla bağlı əldə etdiyimi məlumatlar var, aztəminatlı insanlar artıq nə elektrikdən, nə də qazdan istilik məqsədilə istifadə edə bilmirlər. Çıxış yolu isə təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalin aşağı qiymətlə təbii qazdan , elektrik enerjisindən istifadəsidir. Elə ekspertlər , millət vəkilləri də bunu təklif edirlər.

Milli Məclisin Fazil Mustafa mövzu ilə bağlı "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması üçün belə bir qərar verilə bilər: "Hökumət çalışmalıdır ki, vətəndaşın həyat səviyyəsi yüksək olsun. Əgər gəlirlər normal olarsa, o zaman odun yandırmağa ehtiyac qalmaz. Ancaq vətəndaşın gəlir səviyyəsi aşağıdır. Son dövrlər nə qədər əmək haqları və pensiyalar qaldırılsa da, dünya standartları ilə müqayisədə yaşam şərtləri regionda çox bərbaddır. İnsanlar çox vaxt ən sıradan tələbatlarını ödəməyə pul əldə edə bilmirlər. Ona görə də, belə bir güzəştli addımın olması faydalı olardı. Çünki hazırda çox insan bu yüksək qiymətlərdən və limitin az olmasında əziyyət çəkirlər. Mən özüm də limitlərin aradan qaldırılması məsələsini Mili Məclisdə qaldırmağa çalışacağam. Bu həm maraqlı təklifdir, həm də vətəndaşın marağına uyğun olan təklifdir. Hökumətin də buna imkanları yetərlidir. Belə bir iradə də var, son vaxtlar sosial qərarlar ardıcıl olaraq verilir. Bu kontekstdə müəyyən bir nəticəyə varmaq olar”.

Milli Məclisin deputatı Fəzail Ağamalı da "Yeni Müsavat”a danışarkən vurğuladı ki, belə bir qərar xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar: "Vaxtilə bu məsələ müzakirə olunanda mən təklif etmişdim ki, artırılmasa daha yaxşı olar. Çünki rayonlarda, kəndlərdə qaza qənaət edən kombi sistemi yoxdur. Evləri qızdırmaq üçün daha çox peçlərdən istifadə olunur, nəticədə qaz çox istehlak olunur. Limiti keçdikdən sonra isə qiymət ikiqat hesablanır. Bir sıra hallarda isə vətəndaşlar bu vəsaitin ödənməsində çətinliklə üzləşirlər. Yaxşı olardı ki, Tarif Şurası da dövlət başçısının humanist siyasətini və Azərbaycan xalqının həyat şəraitinin yüksəldilməsi istiqamətindəki addımlarına söykənərək belə bir qərar versin. Bu xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar”.

F.Ağamalı onu da vurğuladı ki, qazın qiymətinin artırılması müəyyən dərəcədə sahibkarlar üçün də çətinlik yaradıb: "Vaxtilə emal müəssisəsi qazın qiyməti artmazdan öncə 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyir. İstixanalarda oktyabrdan başlayaraq mart ayının sonuna kimi qazdan istifadə olunur. Elə müəssisələr də var ki, il boyu istifadə olunur. Bu da onların məsrəflərini çoxaldır və mənfəət götürməkdə onlara problem yaradır. Belə çətinliklər var. Ayrı-ayrı ölkələrin təcrübəsində belə bir praktika da var ki, gecə verilən təbii qazın qiyməti ilə gündüz verilən qazın qiymətində fərqlər var. Bu güzəştlər də tətbiq oluna bilər. Tarif Şurası da limitləri ləğv edərsə, bu da sahibkarlığın daha geniş inkişafına səbəb ola bilər. Xüsusi olaraq sənaye müəssisələrində, kənd təsərrüfatı müəssisələrində işlədilən qazın qiymətinin müəyyən qədər azalmasına gətirib çıxarar”.
22 Mart 2019 Həbsdən çıxan Kamil Zeynallı danışdı - FOTO
20 Mart 2019 Yeni prezident Astananı Nursultan adlandırmağı təklif etdi
16 Mart 2019 Daha bir məscidə hücum olub – VİDEO
14 Mart 2019 Bakıda 7 tələbənin zəhərləndiyi dönərxanadan iyrənc görüntülər - VİDEO
13 Mart 2019 16 mart mitinqi ilə bağlı qərar verildi - RƏSMİ
12 Mart 2019 Azərbaycanın 2018-ci ildə aldığı silahlar
09 Mart 2019 Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdi
05 Mart 2019 Bakıda bu şəxsiyyətlərə heykəl qoyulacaq
04 Mart 2019 Təcili tibbi yardım əməkdaşları bu videoya görə işdən çıxarıldı - VİDEO
01 Mart 2019 Kəmaləddin Heydərov ona yeni vəzifə verdi
28 Fevral 2019 Gültəkin Hacıbəylinin “Lexus” və "Toyota"sına həbs qoyuldu
27 Fevral 2019 Bakıda qadın özünü maşına çırpdı - VİDEO
27 Fevral 2019 Cəhənnəmi görmüş pilot” filmi ukraynalı tələbələrə nümayiş etdirilib – FOTOLAR
25 Fevral 2019 CBC TV "Turan" İA -nın yaydığı məlumatı təkzib edir: "Yalandır"
21 Fevral 2019 Gömrük Komitəsindən 6 min dollarlıq quzu əti ilə bağlı AÇIQLAMA
16 Fevral 2019 Vüqar Rəhimzadəyə ağır itki
15 Fevral 2019 Pensiya ilə bağlı qanuna dəyişiklik edilir
13 Fevral 2019 Jurnalistə mayor rütbəsi verildi
12 Fevral 2019 Metrodan istifadə edənlərə şad xəbər
11 Fevral 2019 DİQQƏT! Bakıda virus yayılıb - Qızdırma, halsızlıq...