b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_52902872_572319566616729_3636180382933581824_n.jpg
2019-cu il fevralın 23-də “Turan” informasiya agentliyi öz saytında belə bir məlumat yayıb ki, Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” ("Endless Corridor") filminin müəlliflərinin Azərbaycandakı tərəfdaşları filmin rus versiyasını efirdə yayımlamaq məqsədilə CBC telekanalına təqdim ediblər, lakin telekanal filmi göstərməkdən guya imtina edib. CBC TV-nin rəhbərliyi bildirir ki, bu məlumat həqiqətə uyğun deyil. “Turan” informasiya agentliyi bu məlumatı dərc etməzdən əvvəl dəqiqləşdirmək məqsədilə CBC TV-yə müraciət etməyib və məsələ ilə əlaqədar bizim mövqeyimizi öyrənməyib. Əslində "Sonsuz Dəhliz" filmi CBC telekanalının efir proqramına daxil edilib və film 2019-cu il fevralın 24-də saat 22:00-da nümayiş etdirilib. Film fevralın 25-26-da da CBC TV-də yayımlanacaq. Məlumat üçün bildiririk ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna edilmiş son dəyişikliyə əsasən, siqaret ve tütünçəkmə görüntülərinin televiziya və videofilmlərdə açıq yayımlanması qadağan edildikdən sonra MTRŞ bütün telekanallar qarşısında bu dəyişiklikdən irəli gələn tələblər qoyduğu üçün CBC TV TEAS Press-in filmlə bağlı telekanala müraciət edən əməkdaşına filmdə siqaret olan kadrların üstünün bağlanması və bundan başqa digər bəzi kiçik üslub düzəlişləri edilməsini təklif edib. Lakin filmi təqdim edən qurumun əməkdaşı bildirib ki, film Litvada hazırlanıb, buna görə də həmin qeydləri etmək çətin olacaq. Bu məlumatı nəzərə alan televiziya kanalının rəhbərliyi yalnız siqaret görüntülərinin üstünü örtməklə müfaviq əməkdaşlara “Sonsuz Dəhliz” filmini nümayiş üçün hazırlamaq göstərişi verib. Bu prosesdən sonra film efir proqramına daxil edilib.

Hamıya məlumdur ki, 2016-cı ilin aprelində ermənilərin növbəti təxribatının qarşısını alarkən Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar haqda CBC telekanalının nümayiş etdirdiyi videokadrlara dünyanın bir çox beynəlxalq telekanalı, o cümlədən Rusiyanın aparıcı NTV, ORT, Rossiya 24 kimi kanalları istinad etmişdi.

CBC telekanalının bu filmi göstərməkdən imtina etməsi haqda həqiqətə uyğun olmayan məlumat dərc etmək, illərdir Qarabağ həqiqətlərini dünyaya yaymaqla məşğul olan və bu sahədə çoxlu nailəyyəti olan CBC kimi bir televiziya kanalında düşmən və xain axtarmaq cəhdləri, dəqiqləşdirilmədən yayılan informasiyalar, başqa sözlə, indi dünyanı bürüyən “fake news”- saxta xəbərləmə texnologiyasının daha bir nümunəsidir.

 
25 Aprel 2019 Bakıda müəllim şagirdi döydü - FOTO
25 Aprel 2019 Qar uçqununa düşən hərbçi dəfn olunur - FOTO
20 Aprel 2019 Azərbaycanda əhali arasında piylənmə artır – Acınacaqlı proqnozlar
19 Aprel 2019 Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR
19 Aprel 2019 Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi - VİDEO
16 Aprel 2019 Rəşad İlyasovun AzTV-dəki verilişi bağlandı - VİDEO
14 Aprel 2019 İmişlidə dəhşət: Qadını öldürüb, meyitini torbaya qoyub Araza atdılar
13 Aprel 2019 Ramil Usubovdan növbəti təyinat
12 Aprel 2019 “Papanin” körpüsündə ağır qəza - VİDEO
10 Aprel 2019 Nazirlik Elinanın intiharı ilə bağlı iclas keçirdi
08 Aprel 2019 Rüfət vəzifəsindən də qovuldu
08 Aprel 2019 Azərbaycanda bu tərəvəzin idxal rüsumu ləğv edildi
05 Aprel 2019 Ali Məhkəmə sədri əmr imzaladı: komissiya yaradıldı
04 Aprel 2019 Prezidentin Türkiyəyə müalicəyə göndərdiyi vətəndaş Vətənə qayıtdı - FOTO
03 Aprel 2019 Bakı-Tbilisi-Qars qatarında 246 sərnişin yeri olacaq
01 Aprel 2019 Hacı Surxaydan sosial şəbəkələrdə yayılan videoya - Münasibət
27 Mart 2019 Ramazan ayı nə vaxt başlayır?
23 Mart 2019 Aydın Xırdalanlı dünyasını dəyişdi
22 Mart 2019 Həbsdən çıxan Kamil Zeynallı danışdı - FOTO
20 Mart 2019 Yeni prezident Astananı Nursultan adlandırmağı təklif etdi