b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_jurnalist.jpg

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yaranmasının yeddinci il dönümü münasibəti ilə Dövlət Xidmətinin bir qrup əməkdaşına hərbi rütbə verib.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, onların arasında Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, əməkdar jurnalist Füzuli İsmayılov da var.

F.İsmayılova mayor rütbəsi verilib.

Qeyd edək ki, F.İsmayılov 1975-ci ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə başa vurub. Həmçinin Bakı Dövlət Universiteti hüquq fakültəsinin məzunudur.

Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix üzrə fəlsəfə doktorudur.

1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

2005-ci ildən 2014-cü ilə qədər İctima Televiziyada müxtəlif vəzifələrdə işləyib. 2014-cü ildən 2018-ci ilin oktyabr ayına qədər Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəsi müavini vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

F.İsmayılov 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib və 2017-ci ildə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ailəlidir, 1 qızı və 2 oğlu var.

25 Aprel 2019 Bakıda müəllim şagirdi döydü - FOTO
25 Aprel 2019 Qar uçqununa düşən hərbçi dəfn olunur - FOTO
20 Aprel 2019 Azərbaycanda əhali arasında piylənmə artır – Acınacaqlı proqnozlar
19 Aprel 2019 Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR
19 Aprel 2019 Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi - VİDEO
16 Aprel 2019 Rəşad İlyasovun AzTV-dəki verilişi bağlandı - VİDEO
14 Aprel 2019 İmişlidə dəhşət: Qadını öldürüb, meyitini torbaya qoyub Araza atdılar
13 Aprel 2019 Ramil Usubovdan növbəti təyinat
12 Aprel 2019 “Papanin” körpüsündə ağır qəza - VİDEO
10 Aprel 2019 Nazirlik Elinanın intiharı ilə bağlı iclas keçirdi
08 Aprel 2019 Rüfət vəzifəsindən də qovuldu
08 Aprel 2019 Azərbaycanda bu tərəvəzin idxal rüsumu ləğv edildi
05 Aprel 2019 Ali Məhkəmə sədri əmr imzaladı: komissiya yaradıldı
04 Aprel 2019 Prezidentin Türkiyəyə müalicəyə göndərdiyi vətəndaş Vətənə qayıtdı - FOTO
03 Aprel 2019 Bakı-Tbilisi-Qars qatarında 246 sərnişin yeri olacaq
01 Aprel 2019 Hacı Surxaydan sosial şəbəkələrdə yayılan videoya - Münasibət
27 Mart 2019 Ramazan ayı nə vaxt başlayır?
23 Mart 2019 Aydın Xırdalanlı dünyasını dəyişdi
22 Mart 2019 Həbsdən çıxan Kamil Zeynallı danışdı - FOTO
20 Mart 2019 Yeni prezident Astananı Nursultan adlandırmağı təklif etdi